Ceyhun Bayramov Qızıl Xaç Komitəsini Laçın yolundakı etirazların səbəbi barədə MƏLUMATLANDIRDI 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş keçirilib. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, görüş zamanı Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, bölgədə post-münaqişə dövründə görülən işlər və Laçın yolu ətrafında vəziyyət müzakirə olunub. 

Görüşdə nazir BQXK-nın ölkəmizdə həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini qeyd edib. Daha sonra, Laçın yolunda etirazlara səbəb olan vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib.  

Etirazların səbəbinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyət, Laçın yolundan bu məqsədlə sui-istifadə olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, davam edən hərbi təxribatlar, Laçın yolundan 2021-ci il Ermənistan istehsalı minaların ötürülməsi və dinc əhaliyə qarşı təhdidlər qeyd edilib. 

Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı tətbiq edilən “blokada” və “humanitar fəlakət”lə bağlı irəli sürülən iddiaların heç bir əsasının olmadığı vurğulanıb. BQXK-nın ərazidə fəaliyyət göstərdiyi, avtomobillərinin mütəmadi əsasda yoldan istifadə etməsinin buna sübut olduğu bildirilib. 
Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkət rejiminin dəyişməz olaraq qaldığı, Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli əhaliyə hər bir yardım göstərməyə hazır olduğu bildirilib.

Bununla yanaşı, özlərini yerli ermənilərin “nümayəndələri” kimi təqdim edən şəxslərin əhalini yoldan istifadədən çəkindirməsinin, bununla “humanitar fəlakət” mövcud olduğu təəssüratı yaratmasının qarşısının alınması üçün səylərin vacib olduğu diqqətə çatdırılıb. 
Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Bu tarixdə QISA İŞ günü olacaq

Bu tarixdə QISA İŞ günü olacaq

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İki şəhərdə icra başçılarının müavinlərinin sayı AZALDILDI

İki şəhərdə icra başçılarının müavinlərinin sayı AZALDILDI

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - FOTO

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - FOTO

"Neftçi"dən küsmək, incimək fikrimiz yoxdur" - Qurban Qurbanov

"Neftçi"dən küsmək, incimək fikrimiz yoxdur" - Qurban Qurbanov

End of content

No more pages to load

RADİO