“Azərbaycan Laçın yolu ilə avtomobillərin hərəkətinə məhdudiyyət qoymayıb” - Şeyxülislam

“Azərbaycan tərəfindən Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb, yol boyu hərəkət rejimi əvvəlki qaydada davam edir, vətəndaşların, yüklərin və nəqliyyat vasitələrinin hərəkətinin təşkili Rusiya sülhməramlı qüvvələrinin üzərinə düşür”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Roma Papası Fransiskə ünvanladığı məktubda bildirilir.

Məktubda daha sonra qeyd olunur: 

"Cənabınızı səmimiyyətlə salamlayır və Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında mövcud münasibətlərin yüksək səviyyəsindən məmnunluğumu ifadə etməkdən şərəf duyuram.

Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə Bakıda və Vatikanda görüşləriniz Müqəddəs Taxt-Tacla Azərbaycan arasında bütün sahələrdə dərin əməkdaşlığın möhkəm təməlidir.
Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrinin yaradılmasının 30 illiyinin qeyd olunduğu bu il münasibətlərimiz üçün əlamətdar oldu. İlin əvvəlində ali dəvətinizlə Vatikana səfərim, Zati-müqəddəslərinizlə baş tutan görüşümüz unudulmaz və səmərəli oldu.

Sizin Azərbaycana 2016-cı il həvari səfərinizdən sonra Vatikana səfərim, il ərzində Qazaxıstanda, Bəhreyndə bəşəri qardaşlıq mühitində görüşlərimiz, heç şübhəsiz, Roma Katolik Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud yüksək səviyyəli münasibətlərin daha da möhkəmlənməsi, ümumilikdə müsəlman-xristian dialoqu prosesinə dəyərli töhfələrdir.

Zati-müqəddəsləri! Sizin dinlərarası dialoqa verdiyiniz xüsusi önəm, dünyada sülh naminə münaqişələrin aradan qaldırılması istiqamətində səyləriniz olduqca təqdirəlayiqdır.

Dünyanın ən müxtəlif nöqtələrində baş verən hadisələrə hər zaman dərin məzmunlu münasibət sərgiləməyiniz dini lider olaraq üstün özəlliyinizdir və Bir Olan Yaradanımıza inananların ürəklərində dərin əks-səda yaradır.

Vatikan dövlətinin başçısı və dünya katoliklərinin lideri kimi Bazar günü moizələrinizi milyonlarla insan diqqətlə izləyir. Bu əsnada, son moizənizdə Qafqaz bölgəsində baş verənlərə dair toxunduğunuz məqamla bağlı Sizi məlumatlandırmağı özümə mənəvi borc sayıram.

Zati-müqəddəsləri! Sizin Cənubi Qafqazda vəziyyətlə bağlı narahatlığınızı bölüşürəm. Həqiqətən, narahatedici məqam ondan ibarətdir ki, bölgədə davamlı sülh və təhlükəsizliyin təmini ilə bağlı təhlükələr qalmaqdadır.

Məlumunuz olduğu kimi, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində dünya birliyi tərəfindən tanınan, 30 ilə yaxın müddətdə qonşu Ermənistan tərəfindən işğal altında olmuş əzəli torpaqlarını azad etdi.

Əldə olunmuş üçtərəfli razılaşmaya görə, Qarabağın ermənilər yaşayan hissəsində 5 illik müddətə Rusiya sülhməramlıları yerləşdirildi. Fərqindəyik ki, Zati-müqəddəslərinizi narahat edən məqam Qarabağdakı erməni azlığını Ermənistanla birləşdirən humanitar məramlı Laçın-Xankəndi yolunun guya bağlanılması ilə bağlı ermənilərin Katolikos-Patriarxı II Qareginin Cənabınıza və digər dini mərkəz və kilsə rəhbərlərinə ünvanlandığı müraciətdəki, hər zamankı kimi, qeyri-səhih, qərəzli informasiyadan qaynaqlanır.

Ali diqqətinizə çatdımaq istərdim ki, adıçəkilən yol heç bir zaman Azərbaycan tərəfindən qapadılmayıb.

Bunu edən rus sülhməramlılarıdır və Azərbaycan hakimiyyəti tərəfindən dəfələrlə rəsmi şəkildə bəyan edilib ki, Azərbaycan tərəfindən Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb, yol boyu hərəkət rejimi əvvəlki qaydada davam edir, vətəndaşların, yüklərin və nəqliyyat vasitələrinin hərəkətinin təşkili Rusiya sülhməramlı qüvvələrinin üzərinə düşür. Lakin Azərbaycanı dünya ictimaiyyətinin nəzərində qaralamaq, qeyri-humanist səciyyədə təqdim etmək məqsədi ilə Ermənistan tərəfi məkrli dezinformasiyalar yayır, ölkəmizə qarşı qərəzli təbliğat aparır və uydurma iddialar irəli sürür.

Çox təəssüf edirik ki, erməni siyasilərinin təsiri altında Erməni Apostol Kilsəsi bu işdə xüsusi fəallıq göstərir.

Zati-müqəddəsləri! Həqiqət bundan ibarətdir ki, aparılan araşdırmalaraÇox təəssüf edirik ki, erməni siyasilərinin təsiri altında Erməni Apostol Kilsəsi bu işdə xüsusi fəallıq göstərir.

Zati-müqəddəsləri! Həqiqət bundan ibarətdir ki, aparılan araşdırmalara görə Qarabağın sülhməramlıların məsuliyyət daşıdığı bölgəsində “Qızılbulaq” qızıl yatağında və “Dəmirli” mis-molibden yatağında qanunsuz istismar fəaliyyəti həyata keçirilir.

Müstəqil fəallar tərəfindən bu fəaliyyətin monitorinq olunması haqqında sülhməramlılar vasitəsilə öncədən müvafiq razılaşmanın əldə edilməsinə baxmayaraq, ekoaktivistlər separatçı rejim tərəfindən həmin obyektlərə buraxılmamışlar.

Vətəndaş cəmiyyəti təmsilçilərinin buna etiraz olaraq bir həftədən artıq davam edən təbii sərvətlərin talanması və ekologiyaya ciddi ziyan vurulmasına qarşı şüarlarla keçirilən aksiyası dinc xarakter daşıyır və Laçın-Xankəndi yoluna maneə yaratmır.
Hazırda etirazçılar göstərilən yataqlara yerində baxış keçirilməsini, qanunsuz istismarın dayandırılmasını, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılmasını, ətraf mühitə potensial risklərin qiymətləndirilməsini və dəymiş zərərin nəticələrinin aradan qaldırılmasını tələb edirlər. 

Ekoaktivistlərin dinc etiraz aksiyasının humanitar böhrana səbəb olması barədə Ermənistan tərəfinin, özəlliklə, Eçmiədzinin iddiaları qətiyyən həqiqətə uyğun deyildir, belə ki, humanitar dəhliz fəaliyyətdədir.

Etiraz aksiyasının keçirildiyi yerdən çəkilən videolarda görünür ki, humanitar yük daşıyan və təcili tibbi yardım maşınları sərbəst hərəkət edə bilir və bunun üçün aksiya keçirənlər tərəfindən hər bir şərait təmin olunur.

Qarabağ bölgəsində yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının humanitar problemləri olduğu halda, onların müraciətlərinin operativ şəkildə həlli üçün qaynar xətt yaradılıb. Əsl problem ondadır ki, bu humanitar dəhlizdən sui-istifadə olunaraq Qarabağdakı erməni separatçılarına silah-sursat, hərbi məqsədli yüklər, minalar daşınır.

Təsadüfi deyil ki, sülhə dair üçtərəfli Bəyanatın imzalanmasından sonra üç yüzə yaxın mülki Azərbaycan vətəndaşı yeni basdırılmış minalardan zərər çəkmiş - ya həlak olmuş, ya ömürlük əlil olmuşlar.

Son vaxtlar torpaqlarımızda 2021-ci il Ermənistan istehsalı olan 350 mina aşkar edilib. Ən son mina qurbanları 14 dekabr tarixində Kəlbəcər rayonunda 8 azərbaycanlı oldu.

Zati-müqəddəsləri! Siz Azərbaycanı ziyarət etmiş, çoxmillətli, çoxkonfessiyalı ölkəmizin mültikultural dəyərləri və ənənələri ilə tanış olmaq, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcıları olan vətəndaşlarımızın mehriban ailə kimi yaşadıqları, öz dini-mənəvi ehtiyaclarını sərbəst şəkildə həyata keçirdiklərini, bütün dini konfessiyaların dövlətin diqqət və qayğısından bərabər şəkildə faydalandığını şəxsən müşahidə imkanına malik olmusunuz.

Siz Azərbaycan dövlətinin ölkəmizdə və ölkə xaricində ənənəvi dini dəyərlərə ehtiramlı münasibətinin, diqqət və himayəsinin canlı şahidisiniz. Multikultural ölkəmizdə yaşayan 30 mindən artıq erməni kimi, bir o qədər sayda Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır və hər bir Azərbaycan vətəndaşının malik olduğu hüquq və azadlıqlardan, imtiyazlardan və ölkəmizin sərvətlərindən istifadə haqqına malikdirlər.

Lakin onlar qanunsuz rejimin girovuna çevrilmişlər. Ermənistanın bəzi siyasi xadimlərinin ritorikası, diasporanın təzyiqləri, habelə Erməni kilsəsinin revanşizm əhval-ruhiyyəsini körükləyən bəyanatları kövrək sülhü təhdid edir.

Bu cür bəyanatlar Azərbaycan hakimiyyətinin yerli etnik ermənilərlə dialoquna xidmət etmir. Halbuki, Azərbaycan reinteqrasiya prosesinin başa çatması üçün belə bir dialoqda ən maraqlı tərəfdir.

Biz sülh arzulayırıq, sülh quruculuğu işləri ilə məşğuluq, işğal dövründə xarabalığa çevrilmiş Qarabağın dirçəldilməsi, infrastrukturunun yenidən qurulması, vandalizmə uğramış məscid və kilsələri bərpa etmək yönündə gərgin iş aparırıq.
Bu, Qarabağda yaşayan azərbaycanlıların və ermənilərin ümumi təhlükəsizliyinə və iqtisadi rifahına xidmət edən genişmiqyaslı layihələrdən bütün bölgə yararlanacaqdır. Davamlı sülh və əmin-amanlığın bərqərarı ümdə istəyimizdir.

Hər zaman bütün məsələlərə ədalət meyarı ilə yanaşHər zaman bütün məsələlərə ədalət meyarı ilə yanaşan Zati-müqəddəslərinizi bu həqiqətlərlə tanış edərək, Sizdən təvəqqe edirik ki, Uca Yaradanımızın buyurduğu kimi, müqəddəs sülh amalları yolunda səy göstərən bizlərə haqq işimizdə yardımçı olun. Ali nüfuzunuzla bölgəmizdə dayanıqlı sülh üçün səylərinizi və dualarınızı əsirgəməyin!

Zati-müqəddəsləri! Fürsətdən istifadə edərək, Azərbaycan müsəlmanları və şəxsən öz adımdan Sizi - dünya katoliklərinin liderini möhtəşəm bayramınız — İsa Məsihin Mövludu – Milad münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, Cənabınıza və bütün ardıcıllarınıza Uca Yaradandan xeyir-dualar diləyir, Sizə uzun ömür, möhkəm can sağlığı və dəyərli fəaliyyətinizə rəvac təvəqqe edirəm.

Qoy Bir Olan Yaradanımız Yer üzünü və bəşəri bəlalardan hifz etsin, dünyamıza sülh və rifah əta etsin! Amin!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

End of content

No more pages to load

RADİO