Rusiyada Urenqoy - Pomarı - Ujqorod magistral qaz kəmərində partlayış olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Çuvaşiya hakimiyyətinin mətbuat xidməti yayıb.
Fövqəladə Hallar Nazirliyinin yerli xidməti yanğının söndürüldüyünü qeyd edib.
Mənbə yazır ki, partlayış nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bizim.Media