Hərbçilərin dövlətə vurduğu maddi ziyana görə maddi məsuliyyətləri artırılıb

Hərbi qulluqçuların ziyana görə maddi məsuliyyətləri artırılıb.

Bizim.Media xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan Respublikasının qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda-müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının üç aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər kündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının iki aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyacaqlar.

Bu Əsasnaməyə uyğun olaraq dövlətə maddi ziyan vurmuş hərbi qulluqçunun xidmət keçdiyi orqan (hərbi hissə) dəyişdiyi halda onun barəsində tərtib olunmuş müvafiq sənədlər maddi məsuliyyət məsələsinin həll edilməsi üçün yeni xidmət yerinə (hərbi hissəyə) göndəriləcək.
İndiyə kimi hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər əsgəri nizamnamələrlə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan Respublikasının qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda—müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının iki aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər kündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyırdılar.

Qanuna əsasən, bu maddədə nəzərdə tutulmuş hallarda hərbi inşaat dəstələrinin (hissələrinin) hərbi inşaatçıları orta aylıq maaşlarından artıq olmayaraq vurduqları zərər miqdarında maddi məsuliyyət daşımaqları ilə bağlı bənd də ləğv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Belarus lazer silahı HAZIRLADI – “2 kilometrədək bütün dronları yandırır” – VİDEO

Belarus lazer silahı HAZIRLADI – “2 kilometrədək bütün dronları yandırır” – VİDEO

İncəsənət məktəblərinə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ – FOTO

İncəsənət məktəblərinə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ – FOTO

Latviya Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO

Latviya Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO

Tanınmış televiziya aparıcısı xərçəngə TUTULDU

Tanınmış televiziya aparıcısı xərçəngə TUTULDU

Zelenski: Ukrayna 3 ölkə ilə dron sazişləri imzaladı

Zelenski: Ukrayna 3 ölkə ilə dron sazişləri imzaladı

Latviya Prezidenti Heydər Əliyev Mərkəzində

Latviya Prezidenti Heydər Əliyev Mərkəzində

Azərbaycanda dron kuryerlər fəaliyyət göstərəcək? – Yeni xidmət növü QAPIDA

Azərbaycanda dron kuryerlər fəaliyyət göstərəcək? – Yeni xidmət növü QAPIDA

Bu küçədə saatlarla uzanan sıxlıq aradan qaldırıldı – VİDEO

Bu küçədə saatlarla uzanan sıxlıq aradan qaldırıldı – VİDEO

"Qüdrət" yenidən Moskvada “Məhəllə”dəki bəzi səhnələri təkrarladı – VİDEO

"Qüdrət" yenidən Moskvada “Məhəllə”dəki bəzi səhnələri təkrarladı – VİDEO

"Yeni Klinika"nın yeni direktoru Qalib İmanov KİMDİR? - DOSYE

"Yeni Klinika"nın yeni direktoru Qalib İmanov KİMDİR? - DOSYE

ABŞ-li siyasətçinin yadplanetlilərlə bağlı paylaşımı VİRAL OLDU - FOTO

ABŞ-li siyasətçinin yadplanetlilərlə bağlı paylaşımı VİRAL OLDU - FOTO

“Uzak Şehir” BU TARİXDƏ sezon finalına çıxır

“Uzak Şehir” BU TARİXDƏ sezon finalına çıxır

“Qalatasaray” Türkiyə kubokunda mübarizəni dayandırdı - VİDEO

“Qalatasaray” Türkiyə kubokunda mübarizəni dayandırdı - VİDEO

Ərdoğan: İran müharibəsinin nəticələri Avropada da vəziyyəti ağırlaşdıra bilər - FOTO

Ərdoğan: İran müharibəsinin nəticələri Avropada da vəziyyəti ağırlaşdıra bilər - FOTO

ABŞ kəşfiyyatı: İran hərbi potensialının böyük hissəsini qoruyub saxlayıb

ABŞ kəşfiyyatı: İran hərbi potensialının böyük hissəsini qoruyub saxlayıb

Laçın kanat yolunun inşası bu tarixdə tamamlanacaq – VİDEO

Laçın kanat yolunun inşası bu tarixdə tamamlanacaq – VİDEO

Gəncədə Çin avtomobilləri YIĞILACAQ

Gəncədə Çin avtomobilləri YIĞILACAQ

Məktəblərdə şagirdlərin çantalarının yoxlanılması ilə bağlı valideynlərə MÜRACİƏT – FOTO

Məktəblərdə şagirdlərin çantalarının yoxlanılması ilə bağlı valideynlərə MÜRACİƏT – FOTO

Görünüş məsafəsi 1000 metrədək məhdudlaşır

Görünüş məsafəsi 1000 metrədək məhdudlaşır

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Qalib İmanov “Yeni Klinika”ya direktor TƏYİN OLUNDU

Qalib İmanov “Yeni Klinika”ya direktor TƏYİN OLUNDU

Livan Prezidenti jurnalistin ölümünə görə İsraili ittiham etdi

Livan Prezidenti jurnalistin ölümünə görə İsraili ittiham etdi

"ASAN xidmət"də süni intellekt təlimləri BAŞLADI

"ASAN xidmət"də süni intellekt təlimləri BAŞLADI

Ukrayna ardıcıl ikinci gecə Samara vilayətinə zərbə endirir: Ölən var - VİDEO

Ukrayna ardıcıl ikinci gecə Samara vilayətinə zərbə endirir: Ölən var - VİDEO

End of content

No more pages to load

RADİO