İlham Əliyev: “ASAN xidmət” brendə çevrilib

Prezident İlham Əliyev “Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” beynəlxalq forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli forum iştirakçıları!

Sizi – “Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” mövzusunda keçirilən beynəlxalq forumun iştirakçılarını səmimi-qəlbdən salamlayır, forum çərçivəsində səmərəli müzakirələr və faydalı əməkdaşlıq arzulayıram.

Özünəməxsus inkişaf modeli ilə tanınan Azərbaycan, idarəetmə və əhaliyə dövlət xidmətləri göstərilməsi sahəsində də effektiv və çoxşaxəli islahatlar həyata keçirərək, konseptual yeniliklərin müəllifi olmuşdur.
Belə unikal təşəbbüslərdən biri “ASAN xidmət” konsepsiyasıdır. Bununla da dövlət orqanları tərəfindən xidmətlər göstərilməsində vətəndaş məmnunluğunun və şəffaflığın təmin edilməsi, korrupsiya hallarının qarşısının alınması, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu – vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması ideyalarını rəhbər tutan yeni xidmət modeli yaradılmış və bu model özünü uğurla doğrultmuşdur.

Bu uğur həm ölkə vətəndaşlarının müsbət rəyində, həm də beynəlxalq səviyyədə göstərilən maraq və münasibətdə özünü təcəssüm etdirir.

“ASAN xidmət” təcrübəsi artıq bir sıra ölkələrdə tətbiq edilir. 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət xidmətləri mükafatına, 2019-cu ildə isə Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülən “ASAN xidmət” Azərbaycan brendinə çevrilmişdir.

“Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” yaradılmış, ICESCO-ya üzv olan dövlətlərdə və Afrika ölkələrində dövlət xidmətləri sahəsində müvafiq beynəlxalq təşkilatlarla birgə ASAN mükafatları təsis olunmuşdur.

BMT-nin İnsan Hüquqları Şurası “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə qəbul edərək, beynəlxalq təşkilatları “ASAN xidmət”in uğurlu təcrübəsini təşviq etməyə çağırmışdır.

2022-ci ilin dekabr ayında ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlamasının 10-cu ilini qeyd edəcəyik. Bu gün “ASAN xidmət” mərkəzlərində – vahid məkanda müxtəlif dövlət qurumları, həmçinin özəl şirkətlər tərəfindən ümumilikdə 360-dan çox xidmət göstərilir.

Fəaliyyəti dövründə “ASAN xidmət” 60 milyona yaxın müraciət üzrə dövlət xidmətləri göstərilməsini təmin etmişdir. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 % təşkil etmişdir.

“ASAN xidmət” konsepsiyasının gətirdiyi digər bir yenilik xidmətin fəaliyyətə başladığı ilk gündən könüllülərin cəlb edilməsi olmuşdur.

Könüllülər öz müsbət enerjiləri və müasir dünyagörüşləri ilə vətəndaşlara xidmət sahəsinə yeni nəfəs gətirmiş, beləliklə də Azərbaycanda könüllülük hərəkatı geniş vüsət almış və hazırda ictimai həyatın bütün sahələrində öz səmərəsini göstərməkdədir.
Ümidvaram ki, forumda aparılacaq geniş fikir mübadiləsi və məhsuldar müzakirələr dayanıqlı və innovativ dövlət xidmətlərinə nail olunmasına öz töhfəsini verəcəkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

"Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə HÖKM OXUNDU

Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə HÖKM OXUNDU

BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO

BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO

"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

Niyə evdə dəfnə yarpağı yandırmalısınız? - Yalnız pul üçün deyil

Niyə evdə dəfnə yarpağı yandırmalısınız? - Yalnız pul üçün deyil

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Bu tarixdə QISA İŞ günü olacaq

Bu tarixdə QISA İŞ günü olacaq

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

End of content

No more pages to load

RADİO