Azərbaycanın XİN başçısı maltalı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfəri çərçivəsində Malta Respublikasının xarici işlər naziri İan Borq ilə görüşüb. 

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən regional və beynəlxalq vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. 

Nazir Ceyhun Bayramov, Azərbaycan və Malta arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji, investisiya və s. sahələr üzrə ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd edib. İki ölkə arasında münasibətlərin daha da inkişafı üçün mövcud potensialdan istifadə olunmasının vacib olduğu bildirilib.
Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın regionda sülh gündəliyinin irəli aparılması istiqamətində atdığı addımlar, post-münaqişə dövründə Ermənistan tərəfindən həyata keçirilən təxribatlar, o cümlədən mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. 

Nazir Yan Borq, Azərbaycan və Malta arasında ikitərəfli münasibətlərlə yanaşı, BMT və digər çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlıq gündəliyinin mövcud olduğunu qeyd edib. İki ölkə arasında siyasi dialoqun inkişafında keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.
Nazir Yan Borq, dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edərək, bu xüsusda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfəsini vurğulayıb. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

“Müəllimlər həmin şagirdi çox sıxırdı” - “İdrak”dakı insidentlə bağlı YENİ DETALLAR - VİDEO

“Müəllimlər həmin şagirdi çox sıxırdı” - “İdrak”dakı insidentlə bağlı YENİ DETALLAR - VİDEO

"İdrak" liseyində güllələnən müəllimin FOTOSU

"İdrak" liseyində güllələnən müəllimin FOTOSU

Silahlı insidentin baş verdiyi liseydən görüntülər – VİDEO

Silahlı insidentin baş verdiyi liseydən görüntülər – VİDEO

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin KİMLİYİ BİLİNDİ

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin KİMLİYİ BİLİNDİ

Gömrükdə ƏMƏLİYYAT: İrandan Rusiyaya “göyərti” aparan yük maşınında narkotik aşkarlandı – FOTO

Gömrükdə ƏMƏLİYYAT: İrandan Rusiyaya “göyərti” aparan yük maşınında narkotik aşkarlandı – FOTO

“İdrak” liseyindəki güllələnmə ilə bağlı valideyn DANIŞDI – “İçəridən dedilər ki, şayiədir” – VİDEO

“İdrak” liseyindəki güllələnmə ilə bağlı valideyn DANIŞDI – “İçəridən dedilər ki, şayiədir” – VİDEO

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU

Müəllimi güllələyən şagirdin atasının kimliyi bilindi – DETALLAR

Müəllimi güllələyən şagirdin atasının kimliyi bilindi – DETALLAR

"İdrak" liseyindəki silahlı insidentlə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

"İdrak" liseyindəki silahlı insidentlə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Yevlaxda özünə iynə vuran 72 yaşlı kişi həyatını itirdi

Yevlaxda özünə iynə vuran 72 yaşlı kişi həyatını itirdi

“Fənərbağça” kubok matçında qalib gəldi - VİDEO

“Fənərbağça” kubok matçında qalib gəldi - VİDEO

Rəsmi Bakı: “Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır”

Rəsmi Bakı: “Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır”

“İdrak” liseyində güllələlənən müəllim qadın imiş... – RƏSMİ

“İdrak” liseyində güllələlənən müəllim qadın imiş... – RƏSMİ

"Şagird ov tüfəngini məktəbə çantasında gətirib" – Liseydən İLK AÇIQLAMA

"Şagird ov tüfəngini məktəbə çantasında gətirib" – Liseydən İLK AÇIQLAMA

Sumqayıtda 14 yaşlı uşaq məktəbdə vəhşicəsinə döyülüb – RƏSMİ AÇIQLAMA

Sumqayıtda 14 yaşlı uşaq məktəbdə vəhşicəsinə döyülüb – RƏSMİ AÇIQLAMA

Kividən daha çox C vitamini olan məhsullar AÇIQLANDI

Kividən daha çox C vitamini olan məhsullar AÇIQLANDI

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO

İranda ət kreditlə SATILIR

İranda ət kreditlə SATILIR

Nüvə anlaşmasının SONU – Dünya dağıdıcı mərhələyə QƏDƏM QOYUR

Nüvə anlaşmasının SONU – Dünya dağıdıcı mərhələyə QƏDƏM QOYUR

Bu bürclər üçün sınaq dövrü başlayır

Bu bürclər üçün sınaq dövrü başlayır

Naxçıvanda su OLMAYACAQ

Naxçıvanda su OLMAYACAQ

16 milyard dollardan çox yardım üçün iki şərti var idi - Razılaşmadı

16 milyard dollardan çox yardım üçün iki şərti var idi - Razılaşmadı

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

End of content

No more pages to load

RADİO