“Türkiyənin Azərbaycanla Ermənistan münasibətlərinin həlli üçün çoxlu təklifləri var”.
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“də yazıb.
Diplomat Türkiyənin İstanbul şəhərində keçirilən TRT Dünya Forumuna dəvət üçün minnətdarlığını bildirərək yazıb ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslərlə qısa fikir mübadiləsi aparıb.
“Türkiyənin Azərbaycanla Ermənistan münasibətlərinin həlli üçün çoxlu təklifləri var”, - o vurğulayıb.
Bizim.Media