Şotlandiyanın Qlazqo yaxınlığındakı Kilmarnok şəhərindəki Krosshouse xəstəxanasında naməlum şəxs tibb bacılarından birinə hücum edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Daily Record” qəzeti yerli polisə istinadən yayıb.
"Kilmarnok şəhərinin polis məmurları naməlum bir kişinin tibb bacısını soyuq silahla yaraladığı Krosshouse xəstəxanasında hadisə yerində işləyir".
"Ətrafda polis kordonu qurulib, insanlardan bu ərazilərdən müvəqqəti uzaqlaşmaları istənilib” deyilib.
Bizim.Media