“İtaliya Ukraynaya təkcə silah deyil, eləcə də 51 ton çox elektrik avadanlıqları, transformatorlar, bir çox texnoloji cihazlar tədarük edib”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib.
O, İtaliyanın Ukraynaya böyük yardım göstərdiyini qeyd edib: “Bu mənada Ukrayna hökuməti şikayət etməyib”.
Qeyd edilib ki, bu ilin yazında İtaliya parlamenti Ukraynaya hərbi yardım göstərilməsi haqqında qətnaməni təsdiqləyib. Ötən həftə isə bu ölkənin hökuməti hərbi yardımın 2023-cü ilə qədər uzadılmasını nəzərdə tutan fərman imzalayıb.
Bizim.Media