“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” Latviyanın keçmiş prezidentinə təqdim edildi - FOTO

Riqa şəhərində Latviya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın anadan olmasının 85 illiyi qeyd edilib.

Bizim.Media xəbər verir ki, ölkəmizin Latviyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə səfir Elnur Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Vayra Vike-Freyberqaya ünvanlanmış təbrik məktubunu oxuyub.

Sonra o, ölkəmizin beynəlxalq müstəvidə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Vayra Vike-Freyberqanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən Sərəncam imzalandığını diqqətə çatdıraraq, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu Vayra Vike-Freyberqaya təqdim edib.
Vayra Vike-Freyberqa təbrik məktubuna və onun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib və bu yüksək təltifin verilməsinin onun üçün böyük şərəf olduğunu vurğulayıb.

O, dövlətimizin başçısına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə göstərdiyi daimi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Tədbirdə Latviya Prezidenti Eqils Levits, Latviyanın keçmiş prezidentləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, bu ölkənin tanınmış ictimai və mədəniyyət xadimləri iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Konfrans Liqası: "Zirə" Gürcüstanda cavab matçına çıxır

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68-i üçün baş planlar hazırlanıb

Rusiya ordusu Kiyevə zərbə endirdi - Ölənlər var - FOTO

Final fitindən sonra argentinalı futbolçuya şillə vurdu - Video

Bakıda otelin saunasında yanğın: Qonaqlar belə təxliyə olundu - VİDEO

Pulsuz mənzil və iş TƏKLİFİ- Bu kənd üçün yeni sakinlər axtarılır

Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ – Azərbaycanın AŞPA-dan tam çıxması GÜNDƏMDƏ

Avropa Liqası: "Qarabağ"ı İslandiyada çətin oyun gözləyir

Küçələrdə ölən aktrisanın sərvəti üzə çıxdı - Fotolar

Məğlubiyyəti həzm edə bilməyib söz atdı – Video

Hüseyndən Zaur Kamala: "1500 manatımı qaytar"

Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı

Cibinizdə bir neçə yarpaq ağcaqanadları uzaqlaşdıra bilər — Hansı bitkidir?

DÇ-2026: Messinin iki ötürməsi ilə Argentina finala vəsiqə qazandı – VİDEO

ABŞ-dan növbəti HÜCUM DALĞASI – İran şəhərləri belə vuruldu – VİDEO

Ceyhun Bayramov Rusiyaya yola düşdü – FOTO

XİN: Vurulan gəmidəki soydaşlarımız ölkəmizə təxliyə edildi

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

End of content

No more pages to load

RADİO