“Oğuz” kiçik SES silsiləsinin açılışı və suqəbuledici qurğuların təqdimatı olub - FOTO

Bizim.Media xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına kiçik su elektrik stansiyaları haqqında məlumat verdi.

Bildirildi ki, alternativ və bərpaolunan enerji mənbələrinin əhatəsinin genişləndirilməsi, azalmaqda olan su ehtiyatlarından səmərəli istifadə, təbii qaza qənaət, ətraf mühitin qorunması və “yaşıl enerji”nin prioritet istiqamət seçilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu tələblərə uyğun olaraq “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Oğuz rayonunun Daşağıl çayı üzərində 5 kilometr məsafədə kaskad üsulla 3 yerdə ümumi gücü 3,6 meqavat olan kiçik su elektrik stansiyasından ibarət hidroqovşaq yaradılıb, bu stansiyalarda ümumilikdə 8 hidroaqreqat quraşdırılıb.

Baş Daşağıl kəndində hər üç stansiyanın mənbəyi olaraq suqəbuledici və sel sularının ötürülməsi üçün sutullayıcı qurğu inşa edilib.
Bu qurğunun yaradılması “yaşıl enerji”nin istehsalı ilə yanaşı, rayonun su təchizatına da töhfəsini verib.

Qeyd edildi ki, pilləli üsulla tikilən üç kiçik su elektrik stansiyasında il ərzində 15 milyon kilovat-saatadək elektrik enerjisinin alınması mümkündür. Əhalisi 44 min nəfər olan Oğuz rayonunun enerji tələbatı 5-6 meqavat təşkil edir ki, mövsümi olaraq onun yarı hissəsini məhz bu elektrik stansiyaları qarşılaya biləcək.

Ekoloji cəhətdən daha təmiz və qənaətli enerji istehsal edəcək “Oğuz” kiçik su elektrik stansiyaları silsiləsinin istismara verilməsi regionda yeni iş yerlərinin açılması ilə yanaşı, “yaşıl enerji” nisbətinin bir qədər də yüksəlməsinə səbəb olub.

Məlumat verildi ki, hər üç elektrik stansiyası rəqəmsal qaydada “Azərenerji”nin SCADA dispetçer sisteminə qoşularaq Azərbaycanın ümumi enerji sisteminə inteqrasiya edilib.

Dövlətimizin başçısı elektrik stansiyalarını işə saldı.

Onu da vurğulayaq ki, Prezident İlham Əliyevin “yaşıl enerji” strategiyasına uyğun olaraq son 2 ildə ölkəmizin istər işğaldan azad edilən, istərsə də digər ərazilərində ümumi gücü 50 meqavatdan artıq olan 14 kiçik su elektrik stansiyası yaradılıb və yaradılmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuzda Daşağıl çayı üzərində “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin açılışında və suqəbuledici qurğuların təqdimatında iştirak edib. 

***

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 
MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Mehriban Əliyeva Şəkiyə səfər ediblər

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tovuzda ev yandı - Ölən var

Tovuzda ev yandı - Ölən var

Bakıda binanın həyətindən maşın oğurlandı, radara düşdü – VİDEO

Bakıda binanın həyətindən maşın oğurlandı, radara düşdü – VİDEO

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

Lukaşenko: “Kim hərdən bir 100 qram içmir ki?!” – VİDEO

Lukaşenko: “Kim hərdən bir 100 qram içmir ki?!” – VİDEO

“Temu” şərtlərini dəyişdi - FOTO

“Temu” şərtlərini dəyişdi - FOTO

Bakıda bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Bakıda bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Fevralda BU BÜRCLƏRƏ böyük miqdarda pul gələcək

Fevralda BU BÜRCLƏRƏ böyük miqdarda pul gələcək

BP-nin Azərbaycanda nəşrinə dəstək olduğu kitablar açıqlandı

BP-nin Azərbaycanda nəşrinə dəstək olduğu kitablar açıqlandı

Qusarda “Bənövşə” gölü su anbarının bərpasına başlanılıb - FOTO

Qusarda “Bənövşə” gölü su anbarının bərpasına başlanılıb - FOTO

Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı QƏRAR VERDİ

Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı QƏRAR VERDİ

Tramp Barak Obama ilə həyat yoldaşını qorillaya “çevirdi” – VİDEO

Tramp Barak Obama ilə həyat yoldaşını qorillaya “çevirdi” – VİDEO

Şagirdi tərəfindən güllələnən müəllimin SON DURUMU açıqlandı

Şagirdi tərəfindən güllələnən müəllimin SON DURUMU açıqlandı

Bu ərazilərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bu ərazilərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Qazaxıstanda DƏHŞƏT – Şagird balta ilə sinif yoldaşlarına hücum etdi – VİDEO

Qazaxıstanda DƏHŞƏT – Şagird balta ilə sinif yoldaşlarına hücum etdi – VİDEO

ADY sərnişindaşımanı 20 % artırıb - FOTO

ADY sərnişindaşımanı 20 % artırıb - FOTO

Bazardakı keyfiyyətsiz məhsullarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Bazardakı keyfiyyətsiz məhsullarla bağlı əhaliyə XƏBƏRDARLIQ

COVİD-19-un YENİ zombi-fraqmentləri AŞKARLANDI – RİSK altında olanlar

COVİD-19-un YENİ zombi-fraqmentləri AŞKARLANDI – RİSK altında olanlar

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

10 günün əsgəri vəfat etdi – FOTOLAR

10 günün əsgəri vəfat etdi – FOTOLAR

Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar LƏĞV OLUNDU

Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar LƏĞV OLUNDU

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı

SON DƏQİQƏ! Türkiyədə güclü zəlzələ oldu

SON DƏQİQƏ! Türkiyədə güclü zəlzələ oldu

Bu ölkəyə benzinlə işləyən maşın gətirmək qadağandır

Bu ölkəyə benzinlə işləyən maşın gətirmək qadağandır

Milli Olimpiya Komitəsi Ermənistan idmançıları ilə bağlı BOK-a ETİRAZ ETDİ

Milli Olimpiya Komitəsi Ermənistan idmançıları ilə bağlı BOK-a ETİRAZ ETDİ

End of content

No more pages to load

RADİO