Mədəniyyət Nazirliyi Rauf Hacıyevin 100 illiyinə kimləri dəvət edib? – AÇIQLAMA

Görkəmli bəstəkar və dövlət xadimi Rauf Hacıyevin 100 illik yubileyi münasibəti ilə dekabrın 6-da Heydər Əliyev sarayında böyük tədbir keçiriləcək. Tədbirə kimlərin dəvət alması haqqında isə cəmiyyətdə yenə ziddiyyətli fikirlər dolaşır. Bir çox tanınmış ziyalı və mədəniyyət xadimlərinin bu şöləndən xəbəri belə yoxdur. Tədbirin ənənəvi olaraq tanışların dəvəti və bilet satışı ilə keçirildiyi bildirilir.

Öncə Mədəniyyət naziri Anar Kərimova vacib xatırlatma

Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti açılan Raufu Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova götürüb saxlayıb. Raufun bəstəkarlıq sahəsində formalaşmasında dahi Üzeyir Hacıbəyovun böyük rolu olub. Belə ki, Raufun fortepiano üçün pyeslərini dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələyir.Bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında  "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və digər mahnıları çox populyar olub.

Rauf Hacıyevin əsərləri

O, 15-ə qədər filmə musiqi yazıb. "Əhməd haradadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar", “Romeo mənim qonşumdur” və digər filmlərinin böyük auditoriya qazanmasında Rauf Hacıyevin musiqiləri də az rol oynamayıb. Rauf Hacıyev 7 operetta, 3 simfonik poema, 1 kantata, fortepiano üçün 3 əsər yazıb.

Lakin, onun yaradıcılığında bir dənə də olsun caz musiqinə rast gəlinmir. Dediklərimizə şübhəsi olanlar Vikipediada Rauf Hacıyevin həyat və yaradıcılığı ilə çox yaxından tanış ola bilər.

Rauf Hacıyev təkcə görkəmli bəstəkar olmayıb. O həm də ictimi və dövlət xadimi idi. Beləki, o, 1965-ci ildə Mədəniyyət naziri təyin olunur. 1971-ci ildə isə SSRİ hökümətinin tapşırığı ilə Rauf Hacıyev xaricə işləməyə gedir. O, Əlcəzair Respublikasında işləyən mədəniyyət qrupuna rəhbərlik edir.

Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar bəstəkar digər həmkarları ilə Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar.

Əlcəzairdə işlərkən o eyni zamanda bu ölkənin mədəniyyət tarixini də dərindən öyrənir, xalq musiqi nümunələrini toplayıb nota köçürür, onların məqam, melodik və ritmik xüsusiyyətlərini mənimsəyir. O, topladığı lirik havalar əsasında öz tələbələri üçün tədris repertuarı kimi bir sıra orijinal instrumental əsərlər bəstələyir. O, bir müddət Azərbaycan Bəstəkarlar İttifaqının katibi də işləyib.

Rauf Hacıyev niyə caz musiqisi yazmayıb?

Dahi bəstəkar caz musiqisinə heç bir töhvə verməyib. Çünki, Sovetlər vaxtı cazı kapitalizmin tör-töküntüsü, yüngül musiqi hesab edirdilər. Rauf Hacıyev kimi böyük musiqiçinin və dövlət xadiminin Sovet ideyalarının əksinə getdiyini söyləmək isə sadəcə qeyri-ciddilikdir.

Ona görə də, cənab nazir Anar Kərimovun Rauf Hacıyevi “caz sənətinin əfsanəsi” adlandırması qeyri-ciddilikdən xəbər verir. Üstəlik caz musiqinin bir növüdür, sənət deyil. Amma nədənsə Anar Kərimov cazı da xüsusi sənət adlandırıb?!

Təsadüfi deyil ki, nazir Anar Kərimovun məşhur paylaşımından sonra qurumun mətbuat katibi Nuridə Allahyarova bunu texniki səhv adlandırdı.

Yubiley tədbirinə kimlər dəvət alıb?

Rauf Hacıyevin 100 illik yubileyi münasibəti ilə dekabrın 6-da Heydər Əliyev sarayında keçiriləcək festivala dəvət və dahi bəstəkarın yaradıcılığı ilə bağlı tanınmış ziyalıların mövqeyini öyrəndik.

AKİ-nin sədri, Xalq artisti Rasim Balayev Bizim.Media-ya açıqlamasında yubiley tədbirinə qatılmayacağını dedi:

“Dəvət almamışam. Baxmayaraq ki, Rauf Hacıyevin sənətinin vurğunuyam. Gəncliyimiz onun musiqiləri ilə yaşanıb. Məsələn, “Romeo mənim qonşumdur” filminə onun yazdığı musiqiləri mən indi də sevə-sevə qulaq asıram. Çox təəssüf ki, onunla heç zaman təmasda olmamışam. Amma onun caz musiqisi yazdığını da xatırlamıram. Çünki, vaxtilə caza pis baxılırdı. Ona görə də hər tanınmış bəstəkar sovetlər vaxtı risq edib caz yazmırdı. Caz yazanlara başqa cür baxırlardı. Rauf Hacıyev də çox ciddi və özünə hörmət eliyən adam idi”.

Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, deputat Aqil Abbas da yubiley tədbirinə dəvət olunmadığını bildirdi:

“Rauf Hacıyevə bir azərbaycanlı və görkəmli vəstəkar kimi böyük hörmətim və ehtiramım var. Onun Azərbaycanın xalq və klassik musiqisinin inkişafında müstəsna rolu var. Onun dövründə Azərbaycanda caz musiqisi yeni-yeni təşəkkül tapırdı. Xatırlamasam da Rauf Hacıyevin caz əsəri yazdığına əminəm. Ona görə də Mədəniyyət naziri Anar Kərimovun onu caz sənətinin əfsanəsi adlandırmasında qeyri-adi bir şey görmürəm. Deyib də, noolsun”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Ürəyi ən təmiz 5 BÜRC

Ürəyi ən təmiz 5 BÜRC

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

ARB tanınmış müğənniyə qadağa qoyub?

ARB tanınmış müğənniyə qadağa qoyub?

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

Bakıda qadın evinin həyətində ölü tapıldı

Bakıda qadın evinin həyətində ölü tapıldı

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

End of content

No more pages to load

RADİO