Çərşənbə günü Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin paytaxtı Kvettada törədilən partlayışda bir polis məmuru və bir uşaq həlak olub. Daha 24 nəfər yaralanıb.
Bizim.Media Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı hüquq-mühafizə orqanları yayıb.
Mənbə yazır ki, yaralananlar arasında 15 polis əməkdaşı da var.
İlkin məlumatlara görə, kamikadze polisin mühafizəsi altında olan tikilinin yaxınlığında əldəqayırma partlayıcı qurğunu işə salıb.
Bizim.Media