Belarusun xarici işlər naziri Vladimir Makey 64 yaşında vəfat edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belarusun “BelTa agentliyi” məlumat yayıb.
Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz bildirib ki, nazir qəfil vəfat edib.
Qeyd edək ki, Vladimir Makey 2012-ci ildən Belarusun xarici işlər naziri postunda çalışırdı.
Bizim.Media