Dostumun dostu mənim də dostumdur... – Azərbaycan-Türkiyə müttəfiqliyinin QAZANDIRDIQLARI 

Adətən, siyasətdə “düşmənimin düşməni mənim dostumdur” yanaşmasından geniş istifadə olunur. Lakin bəzən bu qanunauyğunluq özünü fərqli formalarda da büruzə verə bilir. Məsələn, “dostumun dostu mənim də dostumdur” ideyasını nümunə kimi göstərə bilərik. 

Eyni zamanda siyasəti “dost qazanmaq sənəti” kimi qiymətləndirənlər də yanılmırlar. Çünki günümüzdə dünyadan təcrid olunub, hər kəsi düşmən kimi görən ölkələrin nə durumda olduqları daha aydın şəkildə özünü göstərir. 
Heç kimə sirr deyil ki, Azərbaycan-Türkiyə müttəfiqliyinin dünyada başqa bir bənzəri, analoqu yoxdur. Çünki hər nə qədər tarixi köklərdən gələn bağlılıq önəmli faktor olsa da, bunu siyasi müstəviyə daşımağa müəssər olanların sayı olduqca məhduddur. Elə Rusiya və Ukraynanı örnək göstərmək kifayətdir. İki slavyan etnosu bu gün bir-birinə düşmən mövqedə dayanıblar və bu nifrət dünyanı ikiyə bölüb. 

Rusiya-Ukrayna nümunəsinin tam əksinə isə Azərbaycan-Türkiyə müttəfiqliyi örnəyində şahidlik edirik. Belə ki, iki qardaş ölkənin əməkdaşlığı digər ölkələrlə münasibətlərə də müsbət təsir göstərir. Yəni, Azərbaycan və Türkiyə “dostumun dostu mənim də dostumdur” yanaşmasından uğurla istifadə etməyi bacarırlar. 

Müttəfiqliyin qazandırdığı dostlar 

Buna ən ideal örnək kimi Türkiyə-İsrail münasibətlərini göstərə bilərik.  

Məlumdur ki, 11 il öncə “Mavi Mərmərə” gəmisinə hücumdan sonra Türkiyə-İsrail diplomatik münasibətlərinə son verilmişdi. Dövlətlər arasında münasibətlər isə olduqca gərgin hal almışdı.

Hətta, bəzi mənbələrdə bu soyuqluğun qarşıdurmaya belə gətirib çıxara biləcəyi ehtimalları önə sürülürdü. 

Buna paralel olaraq, Azərbaycan-İsrail münasibətləri günü-gündən inkişaf edirdi. İsrail ölkəmizin əsas tərəfdaşlarından biri kimi çıxış edir, hərbi, iqtisadi və mədəni münasibətlərimiz yüksək səviyyədə davam edirdi. 

Belə bir vəziyyətdə isə iki dost ölkə arasında münasibətlərin soyuqluğu Azərbaycan üçün heç də müsbət hal sayıla bilməzdi. Bu səbəbdən də, rəsmi Bakı Tel-Əviv – Ankara yaxınlaşmasına nail olmaq üçün ciddi cəhdlə çalışmağa başladı. Xüsusən də, 44 günlük savaşdan sonra Azərbaycanın bu istiqamətdə aktiv səyləri daha çox hiss olunurdu. 

Və nəticə bəllidir. Artıq İsrail rəsmilərinin Ankaraya rəsmi səfərləri baş tutub. Bununla yanaşı tərəflər müvafiq olaraq Ankaraya və Tel-Əvivə yeni səfirlər də təyin ediblər. 

Digər bir uğurlu örnək kimi, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafını göstərə bilərik. Belə ki, Türkiyə təşkilatda uzun illər böyük nüfuza malik idi. Azərbaycanın da təşkilatın önəmli üzvlərindən birinə çevrilməsində Türkiyənin bu nüfuzu ciddi rol oynadı. Bunun nəticəsidir ki, Vətən müharibəsi dönəmində Azərbaycanın haqlı mövqeyinə İƏT-dən ciddi dəstək gəldi. 

Hələ çox dostlar qazanacağıq... 

Göründüyü kimi, Azərbaycan-Türkiyə müttəfiqliyi regional siyasətdə böyük rol oynamaqla yanaşı, qlobal miqyasda da öz təsirlərini hiss etdirməkdədir. Və bu hələ başlanğıcdır. Əminliklə söyləyə bilərik ki, Bakı və Ankaranın koordinasiya edilmiş xarici siyasəti bizlərə hələ çox dostlar qazandıracaq. 

Hətta bu yaxınlıq, gələcəkdə həm Azərbaycana, həm də Türkiyəyə qarşı soyuq münasibət sərgiləyən ölkələrin mövqeyinə də təsir edə bilər. Çünki Azərbaycan-Türkiyə birliyi regionda əsas faktora çevrilməyə günbəgün daha da yaxınlaşır. Bölgəmizin nə qədər strateji əhəmiyyətə malik olduğunu nəzərə aldıqda isə bir sıra digər soyuqluqların da tezliklə tarix olacağını proqnozlaşdırmaq elə də çətin deyil.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Öz xoşbəxtliklərinə mane olan BÜRCLƏR

Öz xoşbəxtliklərinə mane olan BÜRCLƏR

Zidan gəldi, Fransa millisinin loqosu dəyişdi - FOTO

Zidan gəldi, Fransa millisinin loqosu dəyişdi - FOTO

ABŞ-də məktəblər ilk dəfə olaraq dronlarla qorunacaq

ABŞ-də məktəblər ilk dəfə olaraq dronlarla qorunacaq

Messi "İnter Mayami"yə qayıtdı - FOTO

Messi "İnter Mayami"yə qayıtdı - FOTO

Nigar Camal təcili əməliyyat olundu - FOTO

Nigar Camal təcili əməliyyat olundu - FOTO

“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

Yaxın zamanda maliyyə uğuru qazana biləcək BÜRCLƏR

Yaxın zamanda maliyyə uğuru qazana biləcək BÜRCLƏR

Nişanlı cütlüyün rəqs görüntülərini “TikTok”da yaydı, HƏBS OLUNDU

Nişanlı cütlüyün rəqs görüntülərini “TikTok”da yaydı, HƏBS OLUNDU

ABŞ və Səudiyyə Ərəbistanından İraqa birgə zərbə: SEPAH müşavirləri həlak oldu

ABŞ və Səudiyyə Ərəbistanından İraqa birgə zərbə: SEPAH müşavirləri həlak oldu

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Kino sevənlərə şad xəbər: Azərbaycanda 7 gün pulsuz izləmək olacaq - FOTO

Kino sevənlərə şad xəbər: Azərbaycanda 7 gün pulsuz izləmək olacaq - FOTO

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Maaş və pensiya kartlarında YENİLİK

Maaş və pensiya kartlarında YENİLİK

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

FED uçot dərəcəsini sabit saxladı

FED uçot dərəcəsini sabit saxladı

Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı

Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı

Tramp və Zelenski görüşünün yekunları MƏLUM OLDU

Tramp və Zelenski görüşünün yekunları MƏLUM OLDU

Ayaz Mustafayev "Space TV" ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Ayaz Mustafayev "Space TV" ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Zelenski Tuskla nəyi müzakirə edəcək? – Bəzi detallar

Zelenski Tuskla nəyi müzakirə edəcək? – Bəzi detallar

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

End of content

No more pages to load

RADİO