Nəzakət Çimnaza “OD PÜSKÜRDÜ”: “Sənin “18+” obrazın mentalitetimizə yaraşmır” – VİDEO

“Bu gün elə aktrisalarımız var ki, adları aktrisadır, amma aktrisalıqdan anlayışları yoxdur. Mənimlə qalmaqala çıxan insanın intellekti, səviyyəsi, statusu olmalıdır. Həmin şəxs məndən qat-qat aşağıdadır, yuxarıdan baxanda o qarışqa kimidir, onu görmək istəmirəm. Onunla söz güləşdirmək istəmirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Nəzakət Məmmədova “MTV maqazin” verilişinə müsahibəsində deyib. 

Aktrisa qalmaqal yaşadığı həmkarı Çimnaz Sultanovanın adını çəkməsə də, sərt mesajlarını ona ünvanladığı, dilə gətirdiyi sözlərindən aydın sezilirdi. 

Məmmədova Sultanovanın yaratdığı səhnə obrazlarını “18+” adlandıraraq, yerdən yerə vurub.

“O şəxs mənim sayəmdə özünü reklam etdirir. Əgər sən aktrisasansa, hər hansı obraz yaradanda öz sahənə uyğun bir obraz yaratmalısan. Sənin isə “18+” obrazı yaratmağın mentalitetimizə, efirlərimizə yaraşmır. İstəmərəm ki, Azərbaycan aktrisası pis nöqteyi-nəzərdən tanınsın. Axı bizə düşmənlərimiz də baxır”.

Nəzakət “O dırnaqarası aktrisa övladlarımın “Instagram”da görüntülərini paylaşmışdı” deyərək, qarşı tərəfin bu addımını sərt şəkildə qınayıb: 

“Qızım həm aktrisa, həm də rejissordur. Onun hansısa oynadığı obrazı paylaşmışdı. Amma o, onun real həyatı deyil, obrazıdır. Əgər mənim kiməsə sözüm varsa, söhbətimi o insanla edirəm. Övladları bu söhbətlərə qatmaq səviyyəsizlikdir. İnsanın özündə ana hissi olmalıdır ki, başqasının övladına da ana kimi yanaşsın”.

Qeyd edək ki, bu qalmaqalın təməlini N.Məmmədova qoyub. O, verilişlərin birində Ç.Sultanovaya “Çimnazın mənim kimi 50 yaşı var və özünü “sex-simvol” kimi göstərir.

Onun “Youtube”dakı “Çimnazla yataqda” verilişi heç xoşuma gəlmədi. Ehtiyac yox idi. İnsan hansısa qonağını yataqda qarşılamaz. Qonağı qonaq otağında və ya mətbəxdə qarşılayarlar, yataqda qarşılamazlar” sözlərini söyləyib. Cavab olaraq Çimnaz isə “60 yaşlı, iplə bağlanan “lyubitelskaya” kolbasa” deyərək, qarşı tərəfi susdurmağa çalışıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

İran Venesuelaya yardım TƏKLİF ETDİ

İran Venesuelaya yardım TƏKLİF ETDİ

End of content

No more pages to load

RADİO