Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu il oktyabrın 31-də Soçidə əldə etdiyi razılaşmalar, eləcə də üç ölkə arasında qəbul olunmuş əvvəlki birgə bəyanatlarının praktiki icrası məsələləri nəzərdən keçirilib.
Həmçinin tərəflər arasında Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası üçün üçtərəfli formatda görüşlərin təşkili müzakirə edilib.
Telefon danışığı zamanı tərəflər enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivlərindən də danışıblar.
Bizim.Media