İsrailin Azərbaycandakı səfiri Corc Dik rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarı ilə bağlı tviterdə paylaşım edib.
Bizim.Media xəbər verir ki, diplomat bunu qeyd etdiklərini yazıb.
“Azərbaycanın İsraildə səfirlik açmaq qərarını ənənəvi Azərbaycan yeməyi ilə qeyd etmək qərarına gəldik. Amma hansı yeməklə qeyd edəcəyimzi razılaşdıra bilmirik”, - deyə səfir bildirib.
C.Dik Azərbaycanın bir neçə milli yeməyinin adını çəkib və onlar arasından hansını seçməklə bağlı məsləhət istəyib.
“Düşbərə və dolma, şah plov və balıq ləvəngisi, piti və yarpaq xəngəli, kabab”, - deyə o, bildirib.
Qeyd edək ki, Milli Məclis noyabrın 18-də Azərbaycanın İsraildə səfirlik açmasına razılıq verib.
Bizim.Media
