Fransalı senator Makrona qarşı çıxdı - Eksklüziv MÜSAHİBƏ

Fransa Senatının Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnaməyə 296 senatordan 295-i lehinə, 1 nəfər senator isə əleyhinə səs verib. Azərbaycanı dəstəkləyən yeganə senator isə uzun illərdir Senatda təmsil olunan Natali Quledir. 

Natali Qule Bizim.Media-ya müsahibəsində qeyd edib ki, hələ 1998-ci ildən Azərbaycanla tanış olduğunu və rəsmi Bakının haqlı mövqeyini hər zaman dəstəklədiyini deyir.

- Xanım Qule, artıq bir neçə gündür ki, Azərbaycanda çox danışılırsız. 296 senatordan yalnız siz Azərbaycanı dəstəklədiniz.

- Əlbətdə, başqa cür ola da bilməzdi. 

- Siz yalnız bu dəfə deyil, hər zaman Azərbaycanı dəstəkləmisiniz. Azərbaycan haqqında fikirlərinizi almaq istərdik.

- İlk növbədə onu deyim ki, mən Azərbaycanın dostuyam. Məndən əvvəl həyat yoldaşımla birgə, 1998-ci ildən Azərbaycana Avropa Şurası Parlament Assambleyasına daxil olmaqda kömək etmişik. Biz o vaxt da, Azərbaycanın lehinə səs verdik. O vaxtdan bəri mən həmişə Azərbaycan qaçqınlarını dəstəkləmişəm və həmişə Azərbaycanın ayrılmaz ərazi bütövlüyünü dəstəkləyən çıxışlar etmişəm. Ona görə də, həmişə eyni şey olub və o vaxtdan heç nə dəyişməyib.

- Fransanın Azərbaycana qarşı münasibəti haqqında danışaq. Onlar çox zaman Ermənistanı dəstəkləyirlər. Hansı ki, Fransa BMT-də təmsil olunur və Azərbaycanın ərazibütövlüyü də BMT tərəfindən tanınır. Fundamental dəyişikliklərə səbəblər nələrdir?

- Bəli, bu bir faktdır. Həm də ona görə ki, əvvəlcə dondurulmuş münaqişə olan bu münaqişə əslində heç kimin diqqətində deyildi, heç kim bunu həll etməyə çalışmırdı. Sonra müharibəyə qədər işlər getdikcə pisləşdi. Müharibə başladı və hadisələr “yaxşı erməni xristian” və “pis Azərbaycan müsəlman Türkləri” kimi qələmə verildi. Bir çox insanlar münaqişəni tam səhv başa düşürlər. Xristianlıq uğrunda mübarizə aparmalı olduqları kimi anlayırlar. Yaxın şərqdə yaşayan Suriya, İraq və Misirdəki bütün xristianlar kimi. Burada belə bir nəticə hasil olmuşdu ki, sanki, xristian Ermənilər yenidən müsəlman Türk azərbaycanlıların təhlükəsi altındadırlar. Bu da mövzunun tam anlaşılmazlığıdır. 

- Bu isə yanlış fikirdir.

- Bəli, ona görə də, bu, onlar üçün birtərəfli münaqişədir. Onlar heç kimi dinləmək və vəziyyətlə bağlı heç nə öyrənmək istəmirlər. Həm də azərbaycanlıların buradakı diasporu zəifdir. Sonra bizim Parisdə fövqəladə səfirimiz var idi, Elçin Əmirbəyov. Çox böyük iş gördü. İndi Azərbaycanın yeni səfiri var, Leyla Abdullayeva. Və ümid edirəm ki, o, bu çətin vəziyyətdə işləyə biləcək.

- Senatın qəbul etdiyi qətnaməyə qayıdaq. Yalnız siz sözügedən qərarı dəstəkləmədiniz. Sizcə Prezident Makron, yəni hökumət bu qərarı dəstəkləyəcək? Yəni qəbul edilə bilərmi?

- Bunu etməyəcəklər. Onlar balanslı olmalıdırlar. Fransanın sülh prosesində rol almasını istəyirlərsə, Fransa hökuməti balanslı olmalıdır. Vəziyyətin hər iki tərəfini görməliyik. Lakin eyni zamanda onlar erməni lobbisinin böyük təzyiqi altındadırlar. Münaqişə ilə bağlı çox mühüm rol oynayan çoxlu sayda jurnalistimiz var. İctimai rəy Ermənistanın lehinədir. Qarabağın harda olduğunu heç xalq bilmir. Mən isə Azərbaycanın yanındayam.

- Son olaraq, azərbaycanlılara nə demək istəyərdiniz?

- Qarabağ Azərbaycandır! Buna şübhə yoxdur.

- Vaxt ayırdığınız üçün təşəkkür edirəm, xanım Qule.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

Litva Rusiyaya NOTA VERDİ

Litva Rusiyaya NOTA VERDİ

"Atalarımız kimi kişi ola bilmirik"

"Atalarımız kimi kişi ola bilmirik"

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

Aysunun maşınını VURDULAR - VİDEO

Aysunun maşınını VURDULAR - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

End of content

No more pages to load

RADİO