Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı Türkiyəyə səfərə gedir. Bu barədə teatrın direktoru Məhəmməd Hüseynov Bizim.Media-nın yerli bürosuna özəl açıqlamasında bildirib.
O qeyd edib ki, teatrın baş rejissoru Kərim Həsənovun rəhbərliyilə yaradıcı heyətimizdən ibarət bir qrup əkdaşımız qardaş Türkiyə Cümhuriyyətinə yola düşdülər.
Teatrımızın təmsilçiləri 22 ölkənin iştirak edəcəyi 25-ci Beynəlxalq Ankara Tiyatr Festivalında Əziz Nesinin , "Tənha qadınlar" tamaşasını təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Prezident mükafatçısı K.Həsənovdur.
Qeyd edək ki, yaradıcı heyyət günlərdir səfərə hazırlıq məşqləri edirlər.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu