İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan Bizim.Media-ya bildirilib ki, yanvarın 31-nə olan tarixə görə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin sayı 31 770, məbləği isə 1 milyard 657 milyon 349,9 min manat olub.
Zəmanət verilmiş kreditlərin ümumi məbləği 231 milyon 270 min manat, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı isə 508 təşkil edib.
Alçina Amilqızı, Bizim.Media