ABŞ prezidenti Co Bayden G20 sammitində iştirak etmək üçün İndoneziyanın Bali adasına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ağ Evin mətbuat xidməti yayıb.
Daha əvvəl xəbər verildiyi kimi, Bayden sammit çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə danışıqlar aparmaq niyyətində deyil.
O, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşməyəvək, Çin lideri Si Çzinpinlə danışıqlar aparacaq.
Bizim.Media