18 il Parisin “Şarl de Qoll” hava limanında yaşayan İranlı dünyasını dəyişib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Mehran Kərimi Nasseri ürək tutmasından vəfat edib.
1945-ci ildə doğulduğu güman edilən Nasseri 1988-2006-cı illərdə Paris hava limanında yaşayıb.
Aeroport sözçüsünün sözlərinə görə, o, həyatının son həftələrini də hava limanında keçirib.
Nasserinin hekayəsi amerikalı kinorejissor Stiven Spilberqi baş rolu Tom Henksin canlandırdığı “Terminal” filmini yaratmağa ruhlandırıb.
Bizim.Media