Yaponiya metrosunda yalnız qadınlar üçün xüsusi vaqonlar var.
Bizim.Media xəbər verir ki, bunun səbəbi ictimai nəqliyyatda qadınların kişilər tərəfindən tez-tez zorakılığa məruz qalmasıdır.
Bu cür vaqonlar adətən qatarın sonunda yerləşir və kişilərin ora girməsi qəti qadağandır.
Qadağaları pozan kişilər cərimələnir.
Qeyd edək ki, hökumət gecə işləyən və bu səbəbdən evə gec qayıdan qadınlara da qayğı göstərir. Belə çətin vəziyyətə düşən qadınlar üçün xüsusi taksilər fəaliyyət göstərir. Həmin taksilərin sürücüləri də məhz qadınlar olur.
Bizim.Media