Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də İrəvanda baş tutacaq Kollektiv Təhlükəsizlik Şurasının sessiyasına hazırlıq müzakirə edilib”,-deyə məlumatda qeyd edilib.
Bizim.Media