Rusiyanın Qafqazdakı maraqları fonunda itirilən nüfuzu – SİYASİLƏRDƏN TƏHLİL

Şanlı, şücaətli və qüdrətli ordumuzun 44 gün davam edən İkinci Qarabağ müharibəsinin qələbə ilə yekunlaşmasından iki il ötür. 44 günlük müharibə ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, o cümlədən Dağlıq Qarabağın bir hissəsini azad edib, Şuşaya bayrağını sancıb, Zəfər gününü təsis edib.

Eyni zamanda Azərbaycan tarixi ədaləti güc yolu ilə bərpa edib və münaqişə geridə qalıb. İndi Bakının haqlı olaraq əsas istəyi sülh müqaviləsinin imzalanmasıdır. Sülh prosesində isə, guya istər Rusiya, istər Qərb, istərsə də Avropa İttifaqı maraqlıdır. Ancaq nə hikmətdirsə, kiçik, iqtisadi gücü olmayan, ordusu darmadağın edilən, sabahı sual altında olan İrəvanı razı sala bilmirlər. 

Elə Azərbaycan Prezidenti İlham Əliyev də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə Ermənistana ən sərt xəbərdarlığını etdi:

“Hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb. Sual oluna bilər nə üçün, müharibə arxada qaldı, iki il keçib. Cavab çox sadədir. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq”.

Görünən odur ki, sülhsevər, pərdə arxasında gizlənən vasitəçilər sülhdən çox münaqişə ocağını alovlandırmaqda daha maraqlıdırlar. İndi də Rusiya sülh üçün addım atmaqdansa, ərazidəki sülhməramlıların hərbi gücünü möhkəmləndirir. Rusiya Prezidentinin Soçi görüşündən öncə verdiyi açıqlamalar da diqqətdən yayınmamalıdır. 
“Sülh müqaviləsi əlbəttə ki, lazımdır. Bizim mövqeyimiz sülh nizamlanmasını dəstəkləməkdən ibarətdir. Eləcə də sərhədlərin delimitasiyasını, sərhəd məsələsinin tam nizamlanmasını dəstəkləyirik. Biz bunun tərəfdarıyıq. O ki, qaldı hansı variantı seçməyə, bu Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin işidir. Bütün hallarda, hansı variant seçilsə, əgər bu sülhə gətirib çıxaracaqsa, biz ancaq bunu dəstəkləyirik”, - deyə Putin “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı deyib.

Bir zamanlar Ermənistanı cəzalandıran Moskva bu gün İrəvanı mükafatlandırmaqdan da, çəkinmir. Baş verən proseslərin Ruben Vardanyanın qondarma respublikaya qondarma dövlət naziri təyin edildiyi vaxtda Ermənistana qarşı dəyişən münasibətlər bir çox suallara səbəb olur.

Çirkli pulların yuyulmasının “ustalarından” olan Vardanyan Rusiya vətəndaşlığından imtina etsə də, Kremlə ən yaxın biri olduğu reallığını dəyişmir. 

Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru Anton Bredixin Bizim.Media-ya açıqlamasında Azərbaycan-Rusiya münasibətlərində durğunluq olduğunu təsdiqləsə də, bunun Vardanyanla əlaqəsi olmadığına diqqət çəkib. 

““Rusiya-Azərbaycan münasibətlərində qış gəldi” demək də, tamamilə yanlışdır. Bəli, bəzi “kobudluqlar” var. Bir çox ekspertlər bu “kobudluqlar”da erməni izini tapmağa çalışır və müvafiq olaraq, bunu Vardanyanın qondarma dövlətə “baş nazir” təyin olunması ilə əlaqələndirirlər.

Əlbətdə ki, bu, Rusiyanın regionda yürütdüyü siyasətə uyğun gəlmir. Xatırladım ki, Vardanyan özü Rusiya pasportundan imtina edib və indiki şəraitdə Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatı”na görə bir çox insan Rusiyanı tərk edərkən, “Rusiya vətəndaşlığından imtina ilə bağlı istənilən addım yalnız xəyanət kimi qəbul edilir.
Düşünmürəm ki, bu durğunluqda erməni izi axtarmağa ehtiyac var. Rusiya Ermənistan və Azərbaycan arasında sülh istəyir. Azərbaycan həm də Rusiyanın müttəfiqidir. Fikrimcə, Sülhə Qərb və ya Aİ şərait yaratmayacaq. Bunu ancaq Rusiya edə bilər", - deyə Anton Bredixin əlavə edib.

Türkiyəli tarixçi İbrahim Tellioğlu da öz növbəsində Rusiyanın hər zaman yürütdüyü siyasəti bu gün də davam etdirdiyini söyləyib. Tarixçi Bizim.Media-ya Rusiyanın sülhməramlı kontingenti silahlandırmağa davam etdirməsini, ərazidə Erməni silahlı birləşmələrinin hələ də qalmasını qəbuledilməz hesab edir: 

“Rusiya bölgədəki sülhməramlıları ilə hərbi möhkəmləndirmə işləri həyata keçirir. Onlar Azərbaycanla Ermənistan arasında qalıcı sülh müqaviləsinin imzalanmasını “süründürməktədir”.

Nəhayətin də, Rusiyanın ərazidəki sülhməramlıları bizim üçün ara sakitləşənə qədər ərazidə qalmalı olan bir gücdür. Qalıcı bir güc deyil.

Dünya bilməlidir ki, Azərbaycan tək deyil. Şuşa Bəyannaməsini oxusunlar, sonra addım atsınlar. Qeyd etməliyəm ki, bu zamana qədər “Bir millət, iki dövlət” anlayışında yaxın münasibətlər var idi. Bu gün bu, “bir millət, iki dövlət” olmaqdan çıxdı. “Bir millət, 7 dövlət” olmağa doğru gedir. Türk Dövlətləri Təşkilatı bu baxımdan güclənməyə başlayan təşkilatdır. Rusiyanın da, bu dövlətlərlə hərəkət etməsi ən ağıllı yoldur”.

Avropa geosiyasi forumunun (Brüssel) tədqiqat şöbəsinin rəhbəri, George Vlad isə Bizim.Media-ya bildirib ki, sülh müqaviləsi imzalanacağı təqdirdə ərazidə hansısa sülhməramlı misiyanın qalmasına lüzum olmayacaq: 

“Prinsipcə, onların missiyasının sonu Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin tapıldığını və Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin saxlanmasına xüsusi işarə olmayan hüquqi qüvvəyə malik müqavilə ilə təmin olunmasını nəzərdə tutacaq. Bundan əlavə, o dövrdə Cənubi Qafqazda geosiyasi şərait Rusiyanın təhlükəsizlik maraqları üçün kifayət qədər əlverişli olmalıdır ki, rus strateqləri regiona tam nəzarət etdiklərinə və Azərbaycan ərazisində hərbi mövcudluğa artıq ehtiyac olmadığına əmin olsunlar”. 

“Hazırkı vaxta əsaslanaraq bu şərtlərdən hər hansı birinin 2025-ci ilin noyabrına qədər yerinə yetirilə biləcəyi görünmür. Ona görə də Rusiya sülhməramlılarının həmin vaxta qədər çıxarılması çox çətin görünür. Aydındır ki, Azərbaycan öz şərtləri əsasında Rusiya sülhməramlılarının öz ərazisindəki mövcudluğunun dayandırılmasını rəsmi şəkildə tələb edə bilər. Lakin belə birtərəfli tələb regional sabitlik üçün böyük risklərlə, o cümlədən Ermənistanla yeni müharibənin mümkün başlaması ilə nəticələnə bilər” , - deyə G.Vlad yekunlaşdırıb.

Qeyd edək ki, ölkə başçısı Ermənistana son xəbərdarlığında da sülhməramlılarla bağlı qəti mövqeyini ifadə edib: 

“Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

DÇ-2026: İngiltərə - Argentina oyunu başladı - CANLI

DÇ-2026: İngiltərə - Argentina oyunu başladı - CANLI

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Paytaxta axının qarşısı belə alınacaq — Açıqlandı

Paytaxta axının qarşısı belə alınacaq — Açıqlandı

“Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

“Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

Argentinanı DÇ-2026-dan uzaqlaşdırmaq üçün 9 milyon insan İMZA ATDI

Argentinanı DÇ-2026-dan uzaqlaşdırmaq üçün 9 milyon insan İMZA ATDI

End of content

No more pages to load

RADİO