Rusiya Ukraynanın 45 hərbçisini geri geri qaytarıb.
Bizim.Media “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak açıqlama verib.
"Geri qaytarılan hərbçilər əsgər və çavuşlardır. Bununla yanaşı, iki ukraynalı hərbçinin cəsədi də Ukraynaya təhvil verilib" - deyə Yermak qeyd edib.
Rusiya tərəfi isə əsir mübadiləsi barədə hələ ki açıqlama yaymayıb.
Bizim.Media