Mehriban Əliyeva Səmərqənddə “Əbədi şəhər”lə tanış oldu - FOTO

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Macarıstanın Baş nazirinin xanımı Aniko Levai “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi ilə tanış olan Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya və digər ölkələrin birinci xanımlarına Türk Dövlətləri Təşkilatına üzv ölkələrin folklor qruplarının ifaları təqdim edilib.

Nadir “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi “Böyük İpək Yolu” beynəlxalq turizm kompleksinin bir hissəsidir. Şərq memarlığının bütün səciyyəvi cəhətlərini əks etdirən bu kompleksdə məşhur sənətkarların, tətbiqi sənət ustalarının və müxtəlif xalqları təmsil edən rəssamların özbək milli mədəniyyətinin rəngarəngliyini, xalq adət-ənənələrini özündə birləşdirən qalereyaları və emalatxanaları yerləşir.

“Əbədi şəhər” Səmərqənd, Buxara, Fərqanə, Daşkənd, Xivə və digər qədim şəhərləri təcəssüm etdirən böyük kompleksdir. Ərazidə 44 nadir orijinal bina tikilib. Kompleks iki hissədən ibarətdir.

Bu hissələrdən birində turizm şəhərciyi, digər hissədə isə konqres zalı, beşulduzlu və dördulduzlu dörd hoteldən ibarət kompleks yerləşir.

Kompleksin konsepsiyası Özbəkistanın mədəniyyətini və adət-ənənələrini bir məkanda təqdim etmək ideyasına əsaslanır. Ərazidə rəssamların və sənətkarların mağazaları, kitabxana, kukla teatrı, istirahət guşələri, kafe və restoranlar fəaliyyət göstərir.

“Əbədi şəhər” tarixi-etnoqrafik kompleksinə gələnlər xalçaların və ipək məhsullarının toxunma prosesi, sənətkarların ağac üzərində oyma işləri, həmçinin milli geyim qalereyası ilə tanış olmaq imkanı əldə edirlər.

Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr

“Real” və “Bavariya”nın sabiq futbolçusunun yeni klubu BƏLLİ OLDU

“Real” və “Bavariya”nın sabiq futbolçusunun yeni klubu BƏLLİ OLDU

Moldovada naməlum PUA AŞKARLANDI

Moldovada naməlum PUA AŞKARLANDI

Tərtərdə 1 ay əvvəl oğlu ilə birgə qazdan zəhərlənən ana öldü

Tərtərdə 1 ay əvvəl oğlu ilə birgə qazdan zəhərlənən ana öldü

Kriştiano Ronaldoya görünməmiş dəstək

Kriştiano Ronaldoya görünməmiş dəstək

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

Litva Rusiyaya NOTA VERDİ

Litva Rusiyaya NOTA VERDİ

"Atalarımız kimi kişi ola bilmirik"

"Atalarımız kimi kişi ola bilmirik"

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

Aysunun maşınını VURDULAR - VİDEO

Aysunun maşınını VURDULAR - VİDEO

End of content

No more pages to load

RADİO