Rusiya qoşunlarının Dnepr çayının sol sahilinə köçürülməsi başa çatıb.
Bizim.Media "russian.rt"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda qeyd olunur ki, bu gün Moskva vaxtı ilə səhər saat 05-də Rusiya qoşunlarının Dnepr çayının sol sahilinə köçürülməsi başa çatıb.
“Dnepr çayının sol sahilinə köçürülmə zamanı sağ sahildə hərbi texnika saxlanılmayıb. Köçürülmə zamanı itki olmayıb” – deyə Rusiya MN-in məlumatında bildirilib.
Qeyd edək ki, Xerson şəhəri Dnepr çayının sağ sahilində yerləşir. Rusiya qoşunlarının çayın sol sahilinə keçməsi Xerson şəhərinin tərk edilməsidir.
Bizim.Media