Dünya miqyasında istifadəçi sayına görə ilk yerdə qərarlaşan "WhatsApp” yeni funksiyanı istifadəyə verməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, yeni funksiya ilə "WhatsApp”da silinən mesajların yenidən geri qaytarılması mümkün olacaq. Əgər yanlışlıqla mesaj silinsə, bu özəlliklə onu geri qaytamaq mümkün olacaq.
Bununla belə bu özəlliyin "Hər kəs üçün sil” funksiyası ilə silinmiş mesajlara təsirli olub-olmayacağı hələ ki, məlum deyil.
Bizim.Media