Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədova Türk dünyasının ali ordeni təqdim edilib.
Bizim.Media xəbər verir ki, ordenləri Özbəkistan prezidenti Şavkat Mirziyoyev təqdim edib.
Qeyd edək ki, bu gün Səmərqənddə TDT-nin doqquzuncu zirvə toplantısı keçirilir. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edib.
Bizim.Media