Böyük İyirmilik (G20) sammitinə qatılacaq ölkələrdən özləri ilə avtomobil gətirmələri istənib.
Bizim.Media xəbər verir ki, bu barədə sammitin təşkilatçıları məlumat yayıb.
Belə ki, sammit iştirakçıları zerehli “Limuzin”lərini özləri ilə gətirməli olacaqlar, çünki Bali adasında həmin avtomobillər məhdud saydadır. Təşkilatçılar bildiriblər ki, yalnız ilk müraciət edənləri avtomobillərlə təmin edəcəklər.
Qeyd edək ki, noyabrın 14-də İndoneziyanın Bali adasında Böyük İyirmilik (G20) sammiti baş tutacaq.
Bizim.Media
