Rusiya Ordusu Ukraynanın Xerson şəhərini tərk edərkən dağıntılar törədiblər.
Bizim.Media “UNİAN”a istinadən xəbər verir ki, onlar teleqüllə yaxınlığında yerləşən televiziya mərkəzini, qazanxanaları və enerji obyeklərini partladıblar.
Məlumata görə, hazırda şəhərdə rabitə ilə bağlı problemlər yaranıb.
Yerli sakinlər bildirir ki, ruslar Xerson İncəsənət Muzeyindəki bütün qiymətli əşyaları götürüblər. Sakinlərin sözlərinə görə, muzeydə 13 minə yaxın qiymətli əsər olub.
Bizim.Media