Rusiyanın paytaxtı Moskvada yerləşən Domodedovo hava limanında silahlı soyğun hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, soyğunçular “Lexus” markalı avtomobilə atəş açıb, külli miqdarda pul oğurlayıb və “Chevrolet Tahoe” markalı avtomobili ilə qaçıblar.
“Baza” “Telegram” kanalı öz mənbələrinə istinadla bildirib ki, qarət olunanlar Qırğızıstan vətəndaşlarıdır. Onlardan dörd milyon dollar oğurlanıb.
Cinayətkarların istifadə etdiyi avtomobillər meşədə tərk edilmiş vəziyyətdə tapılıb.
Bizim.Media