“Paşinyanın açıqlamalarından məlum olur ki, Nikol Vovayeviç yenə də Azərbaycan əsgərinin çəkməsi altında çökəcək”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Telegram kanalında yazıb.
“Ermənistan rəhbərliyinin mazoxizmi heyranedicidir. Paşinyan və himayədarları Azərbaycana başqa seçim qoymurlar. Bu dəfə döyülmə ağrılı, amma ehtiyatlı olacaq...
Yeni Laçın yolu “Qisas” əməliyyatından sonra qəbul edilib və gündəlikdəki digər məsələlər də belə olacaq.
Ermənistan və Qarabağ erməniləri “matax” olmağa hazırdır. Bu, onların seçimidir!”, deyə o, qeyd edib.
Bizim.Media