ATƏT-in Minsk Qrupu, 30 il ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğalına göz yumub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Zəfər Bayramına həsr olunmuş “Qardaşlığımızın Zəfəri” adlı tədbirdə çıxışı zamanı bildirib.
“Ermənistanın azərbaycanlı qardaşlarımızın torpaqlarını işğal etdiyini, bir milyondan çox insanın torpaqlarından didərgin düşməsini, Xocalı soyqırımının törədildiyini görməyənlər sonradan ortaya çıxıb.
Bunlar, həmçinin, ATƏT-in Minsk Qrupu, 30 il ərzində səslərini çıxarmadılar. İndi isə Avropa İttifaqı çərçivəsində, atəşkəsə nəzarət etmək adı ilə buraya gəlirlər”,-deyə Hullusi Akar qeyd edib.
Bizim.Media