ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirozyanın görüşü başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN rəsmi “Twitter” hesabında məlumat verilib.
"Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ikitərəfli görüşü başlayıb", - məlumatda bildirilib.
Qeyd edək ki, görüş ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə baş tutub.
Bizim.Media

