Türkiyədə tanker, avtobus və yük avtomobilinin toqquşması nəticəsində 7 nəfər həlak olub. Nəqliyyat vasitələri alovlanmağa başlayıb.
Bizim.Media “Haber türk”ə istinadən xəbər verir ki, hadisə Ağrı şəhərinin Tutak rayonunda baş verib.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca şəxsi “Twitter” hesabında 7 nəfərin öldüyünü, 2-si ağır olmaqla 11 nəfərin yaralandığını bildirib.
Bizim.Media