Ukraynanın Xerson şəhərindən son gəmi mütəşəkkil evakuasiya çərçivəsində vilayətin sol sahilinə çıxıb.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə özünün Teleqram kanalında regionun vitse-qubernatoru Kirill Stremousov bildirib.
"Noyabrın 7-də insanları sol sahilə apara biləcək olan sonuncu gəmi Xerson vilayətinin sağ sahilindən Xerson şəhərini tərk etdi", - deyə o qeyd edib.
Stremousov əlavə edib ki, bundan sonra şəhərdən çıxmaq istəyən sakinlər öz hesablarına getməli olacaqlar.
Bizim.Media