Milli Məclisin bir qrup deputatı noyabrın 8-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev, nümayəndə heyətinin üzvləri Sevil Mikayılova və Erkin Qədirli Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.
Bildirilib ki, görüşlərdə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər noyabrın 11-də başa çatacaq.
Bizim.Media