“Türkiyə münaqişəyə son qoymaq üçün Rusiya və Ukrayna arasında danışıqların tezliklə bərpasının tərəfdarıdır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə İstanbulda keçirilən görüş zamanı bildirib.
"Biz Rusiya ilə Ukrayna arasında qarşıdurmaya tez bir zamanda son qoymaq və münaqişənin ədalətli həllinə imkan yaratmaq üçün danışıqlar masasına qayıtmağı vacib hesab edirik", - deyə Ərdoğan qeyd edib.
Ərdoğan bildirib ki, Türkiyə Rusiya və Ukrayna ilə yüksək səviyyəli danışıqlar zamanı əsas diqqəti noyabrın 19-da başa çatacaq taxıl müqaviləsinin uzadılmasına yönəldəcək.
Bizim.Media