Vətən müharibəsinin 40-cı günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. 

Bizim.Media Vətən müharibəsinin 40-cı gününün xronikasını təqdim edir.

- Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

- Prezident İlham Əliyev İspaniyanın “EFE” informasiya agentliyinə müsahibə verib.

- Müdafiə Nazirliyi Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilən kəndlərinin videogörüntülərini yayıb.

- Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələrinin həyata keçirdiyi əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub. Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dəqiq artilleriya zərbələri ilə dağıdılıb.

- Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət olaraq bölmələrimizin ələ keçirdiyi hərbi texnikaların görüntülərini paylaşıb. 

- Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyası və hərbi kolonu pusquya salınaraq məhv edilib.

- Baş Prokurorluğun məlumatına əsasən, düşmənin təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 5-dək 92 mülki şəxs həlak olub, 404 nəfər xəsarət alıb, 2971 ev, 100 çoxmənzilli yaşayış binası və 502 mülki obyekt yararsız vəziyyətə düşüb.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xınalığa qar yağır

Xınalığa qar yağır

Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO

Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO

Azərbaycanlı futbolçunun komandası qalib gəldi

Azərbaycanlı futbolçunun komandası qalib gəldi

İranda yenidən zəlzələ oldu

İranda yenidən zəlzələ oldu

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

Bu ölkədə yeni "iPhone"un satışı qadağan olundu

Bu ölkədə yeni "iPhone"un satışı qadağan olundu

Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA

Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA

Bu gün finalda Türkiyə basketbolçuları Almaniya ilə qarşılaşacaq

Bu gün finalda Türkiyə basketbolçuları Almaniya ilə qarşılaşacaq

Ərdoğan: “Türkiyə müxalifəti burulğanda çabalayır”

Ərdoğan: “Türkiyə müxalifəti burulğanda çabalayır”

Bu BÜRCLƏRİN bütün problemləri BİTƏCƏK

Bu BÜRCLƏRİN bütün problemləri BİTƏCƏK

Çin alimlərindən UNİKAL KƏŞF: Sümük yapışdırıcısı hazırlandı

Çin alimlərindən UNİKAL KƏŞF: Sümük yapışdırıcısı hazırlandı

"Neftçi" bu gün "Sabah"la qarşılaşacaq

"Neftçi" bu gün "Sabah"la qarşılaşacaq

Qumralın rəqqasla ayaqyalın rəqsi gündəm oldu - VİDEO

Qumralın rəqqasla ayaqyalın rəqsi gündəm oldu - VİDEO

Havanın temperaturu bu tarixdə yüksələcək

Havanın temperaturu bu tarixdə yüksələcək

Xəzər dənizində tornado göründü - VİDEO

Xəzər dənizində tornado göründü - VİDEO

Meyxanaya pis baxılan Bakı qəsəbəsi - VİDEO

Meyxanaya pis baxılan Bakı qəsəbəsi - VİDEO

Hibrid avtomobillər üçün tətbiq edilən güzəştlər məhdudlaşdırılacaq?

Hibrid avtomobillər üçün tətbiq edilən güzəştlər məhdudlaşdırılacaq?

Kiyev yaxınlığında silsilə partlayışlar

Kiyev yaxınlığında silsilə partlayışlar

Ceyhun Bayramov Qətərə getdi - Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək

Ceyhun Bayramov Qətərə getdi - Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək

Külli miqdarda narkotik vasitə aşkar edildi - FOTO

Külli miqdarda narkotik vasitə aşkar edildi - FOTO

Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini niyə ləngidir? - FOTO

Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini niyə ləngidir? - FOTO

Ukrayna Leninqrad vilayətində neft emalı zavoduna ZƏRBƏ ENDİRDİ - VİDEO

Ukrayna Leninqrad vilayətində neft emalı zavoduna ZƏRBƏ ENDİRDİ - VİDEO

End of content

No more pages to load

RADİO