Xəbər verdiyimiz kimi hazırda Tofiq Bəhrəmov adına stadionda "Qarabağ" futbol klubu Almaniyanın "Frayburq" klubuna qarşı oyun sərgiləyir.
Bizim.Media xəbər verir ki, azərkeşlər arasında qızğın oyunu izləmək üçün Xalq artisti Brilliant Dadaşova da yer alıb.
"Vip loja"dan matçı izləyən sənətçi oyun zamanı sosial şəbəkə hesabında canlı yayım açaraq "Qarabağ" komandasına uğurlar arzu edib, dəstəyini nümayiş etdirib.
Dadaşova "Gəl gedək futbola, "Qarabağ" vursun qola" mahnısını ifa edərək, "Qarabağ" qalib olacaq”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndirib.
İzləyicilər isə Xalq artistinin canfəşanlığını rəğbətlə qarşılayaraq, matçda futbol komandamıza müvəffəqiyyətlər arzu ediblər.
Rəşad Əliyev, Bizim.Media