Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin superstarı Ajda Pekkan omba sümüyünü sındırdığına görə təcili əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, sənətçinin sağlamlıq vəziyyəti ilə bağlı meneceri Oğuz Arınmış Ajdanın sosial şəbəkə hesabında məlumat yayıb.
“Dünən reallaşan əməliyyat uğurlu keçib. Ajda xanım çox yaxşıdır. Sevənlərinə sevgilərini çatdırır”, - deyə 76 yaşlı sənətkarın meneceri bildirib.
Qeyd edək ki, Ajda Pekkan evində yıxılaraq omba sümüyünü sındırıb. Təcili xəstəxanaya çatdırılan sənətçi əməliyyat olunub.
Rəşad Əliyev, Bizim.Media