“Mənim üçün sosial şəbəkələr maraqlı deyil. Sosial şəbəkələr insanları həm bədbəxt, həm də xoşbəxt edir. Hər kəs birinci növbədə baxır ki, sənin nə qədər izləyicin, “qaloçkan” var”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Münəvvər Əliyeva “MTV xəbər” verilişinə müsahibəsində deyib.
Sosial şəbəkələrdən uzaq gəzən sənətçi, orada populyar olan bloger və influenserləri tənqid edib.
“Bəs insanlığımız, keçmişdəki dəyərlərimiz, mənliyimiz harada qaldı? Budurmu? Onda uşağımı oxutmayım, sosial şəbəkə ilə məşğul olsun, paylaşsın, populyar olsun, pul qazansın. Bəs universitetlər niyə yaranıb? Oxumaq niyə var? Universitetləri ləğv etsinlər də. Sosial şəbəkə ilə özlərini reklam etsinlər”, - deyə M.Əliyeva fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media