Bu gün "İTV" telekanalının xəbər aparıcısı Nərmin Salmanovanın toyudur.
Bizim.Media xəbər verir ki, bu barədə Nərmin sosial şəbəkə hesabında məlumat verib.
Salmanova bildirib ki, bir neçə ay əvvəl nişanlandığı Arif Salahova ərə gedir.
Gözəllik salonunda saç və vizajdan sonra avtomobildə selfisini çəkən Nərmin "Toy günü. Bu gün mənim toyumdur" şərhini yazıb.
Qeyd edək ki, N.Salmanova builki “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin səsləri elan edəcəkdi, lakin yarışma zamanı baş verən texniki problemlər ucbatından onun canlı yayıma çıxması mümkün olmayıb.
Rəşad Əliyev, Bizim.Media