Rusiyalı politoloq, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Andranik Miqranyanın adı Ermənistana girişi qadağan edilən şəxslərin siyahısına daxil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə o, bu gün Moskvada “Lazarevski klubu”nun iclası zamanı məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl rusiyalı jurnalist Marqarita Simonyanın və Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin də Ermənistana girişinə qadağa qoyulmuşdu.
Bizim.Media