Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə telefon danışığı zamanı Ukraynadakı vəziyyəti müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukraynadakı vəziyyət müzakirə olundu. Ordu generalı Sergey Şoyqu türk həmkarına Ukraynanın mümkün təxribatları ilə bağlı narahatlığını çatdırıb”, deyə mənbə qeyd edib.
Bundan əvvəl Şoyqu fransalı həmkarı Sebastyan Lekornu ilə telefonla danışıb, tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Bizim.Media