Müğənni Zamiq Hüseynov oğlu Zeyn ilə bağlı diqqət çəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi övladının fotosunu sosial şəbəkə hesabında izləyicilərilə bölüşüb.
Oğlu Zeynlə birgə çəkilən fotosunu yayımlayan Zamiq “Dünən ağıllıydım, dünyanı dəyişdirmək istədim, bu gün müdrikəm, özümü dəyişdirdim.
Məni dəyişən insan... 3 yaş” şərhini yazıb.
Qeyd edək ki, Zamiq 2018-ci ildə Aydan adlı xanımla ailə qurub. Bu, ifaçının ikinci nikahıdır. Cütlüyün bu nikahdan iki yaşlı Zeyn adlı övladı var.
Rəşad Əliyev, Bizim.Media