"Bu gün ABŞ demək olar ki, yəhudi dövlətidir..." - Eks prezident

“...Çünki bunu etməsək, dünyəvi dövləti nüfuzdan salmaq, ölkədə xaos yaratmaqxa0 istəyən xarici güclər dindənxa0 yararlanmaqla fəallaşa bilərlər...”x9d

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Moderator.az əməkdaşına verdiyi növbəti müsahibədə əsasən sovet dövründə belə, xalqın qəlbindən çxarılması mümkün olmayanxa0 İslamın Azərbaycan xalqı və dövləti üçün mühüm rolundan,xa0 bəzi dövlətlərin Azərbaycana, Qarabağ məsələsinə məhz dini prizmadan yanaşmasından, müasir dövlətin dindən müsbət mənada yararlanmasının vacibliyindən bəhs etdi.

- Ayaz müəllim, ömrünüzün çox hissəsini sovet dövründə yaşamısız. Məlumdur ki, bolşevik hakimiyyətinin ilk illərində dinlərə, o cümlədən İslama qarşı böyük və kəskin basqılar olub. Amma maraqlıdır,xa0 dini və milli dəyərlərə xeyli yumşaq münasibət yaranmışxa0 1960-1980-ci illərdə SSRİ-nin tabeliyində olan respublikaların, o cümlədən Azərbaycanın kommunist rəhbərliyi bütün qadağalara rəğmən xalqın qəlbundən çıxarılması mümkün olmayan İslam dini ilə, dindarlarla münasibətlərini necə qururdu?

- Öncə deyim ki, sovet dövrünün ilk çağlarında istər, müsəlman, istərsə dəxa0 xristian və digər dinlər rəsmən qadağan olunurdu. Çünki o dövləti quran bolşeviklər ateist idilər, özü də radikal, davakar ateist dilər.xa0 Allahın varlığına inanmır və insanları da zor və qorxu altında buna vadar edirdilər. Məscidlər, kilsələr, sinaqoqlar dağıdılır, din xadimləri sürgün edilir, güllələnirdi. Bu, böyük səhv idi. Ən başlıcası, dövlətin öz mövcudluğu və gələcəyi üçün səhv idi. Və keçmiş SSRİ tarixində bolşeviklərin bu cür davranışları xalqların taleyində çox mənfi izlər buraxıb. Bunları gizlətmək olmaz...xa0xa0

“Elə bir azərbaycanlı kommunist xatırlamıram, deyə ki,xa0 rəhmətə gedəndə məni müsəlman qaydasıyla dəfn etməyin...”x9dxa0xa0

Ancaq artıq 1960-1970-ci illərdə Moskvadakı ideoloji mərkəz dərk etdi ki, dinlərə qarşı çıxmaq, onlara qadağa qoymaq doğru deyil. Odur ki,xa0 digər respublikalarda, o cümlədən Azərbaycanda dini ayinlərin icrasına rəsmən icazə verilməsə də, buna göz yumulur, yəni dolayısıyla şərait yaradılırdı.xa0 Yadımdadır ki, Bakıda camaat Aşura, Məhərrəmlik mərasimlərini qeyd edirdi. Və elə bir azərbaycanlı kommunist xatırlamıram ki,xa0 deyə idi ki, rəhmətə gedəndə məni müsəlman qaydasıyla dəfn etməyin, Quran oxutmayın, cümə axşamı keçirməyin. Bu o deməkdir ki, bütün qadağalara rəğmən din qəlblərdə də, həyat tərzində də yaşadılırdı.xa0 Nəyə görə dəqiqəbaşı deyirik: “Allah qoysa”x9d, yaxud “Bissimillah”x9d?..xa0


“Bir müsəlman olaraq anlamıram ki...”x9d

Onu da deyim ki, bu gün də müasir dünyəvi dövlətlər dindən yaxşı mənada istifadə etməlidir. Ondan ötrü ki, əksinə, həmin dindən, o cümlədən İslamdanxa0 hakimiyyətləri nüfuzdan salmaq, ləkələmək, ölkədə xaos yaratmaq üçün alət kimi yararlanmaq istəyənlərxa0 istifadə etməsinlər. Yəni dinlə elə münasibət qurmaq lazımdır ki, sabah hansısa xaricdən idarə olunan radikal qrup vətəndaşlara, gənclərə təlqin edəxa0 bilməsin ki, əşşi, bunlar kafirdirlər, buların ardınca getməyin. Bu gün çox acınacaqlı haldır ki, müsəlman ölkələri daxilindəki məhzəblər, təriqətlərarası ziddiyyətlərdən öz geosiyasi maraqlarını güdən xarici ölkələr məharətlə istifadə edir. Yaxın Şərqdə son onilliklərdə sünni-şiə qarşıdurmaları zəminində yaradılan qırğınlar, xaos ürək ağrıdır. Mən bir müsəlman olaraq anlamıram ki, axı indi savadsızlıq, cəhalət dövrü deyil, bu insanlar niyə başa düşmür ki, onları aldadaraq üz-üzə qoyub biri-birinə qırdırırlar. Son dövrlərdə İslamdan alət kimi yararlananlar elə müsəlman ölkələrini xaraba qoyublar ki, bir az öncə onlardakı həyat tərzi, dolanışıq indiki ilə müqayisədə cənnət olub...xa0

“Heç kəs yəhudiləri uzun saqqal saxlamaqlarına görə qınamır, incitmir...”x9d

Bu gün faktiki olaraq xristian ölkələri kimi tanınan Avropa dövlətləri Qərbin, xüsusən ABŞ-ın qurduğu siyasi planlar, oyunlar sayəsində müsəlman ölkələriylə üz-üzə qoyulub. Belə planlar əsasında bu gün modernləşdirilmiş Xaç Yürüşü aparıılır İslam dünyasına qarşı. Elə müsəlman ölkələrinə ixrac edilən vəhhabiliyi, “İŞİD”x9di götürək. Onların etdiklərinin müsəlman dininə aidiyyatı yoxdur...xa0


Deyilənə görə, Peyğəmbər əleyhissəlam bir gün qarşısına çıxan həddindən artıq uzun və səliqəsiz, çirkli saqqalı olan bir cavandanxa0 soruşur ki, oğlum, niyə belə eybəcər formada saqqal saxlayırsan.xa0 Cavan deyir ki, məgər müsəlmanlar saqqal saxlamamalıdır? Peyğəmbər (s) buyurur ki, oğul, təmizlik imandandır, get saqqalını səliqəyə sal. Yəni, İslam dinində insanları narahat edə biləcək, qorxudacaq, iyrəndirəcəkxa0 natəmiz, eybəcər xarici görünüşə malik olmaqxa0 doğru hesab edilmir. Məhz qondarma radikal cərəyanların təsiri altına düşmüş bu cür düşüncəli “müsəlmanlar”x9dın vasitəsi ilə dinimiz gözdən salınır. Qəsdən, bilərəkdən zəncixa0 görkəmli və əcaib, uzun saqqallı adamların görüntülərini Avropa, Amerika televiziyalarında, mediasında yayırlar ki, baxın, müsəlman belə olur.xa0 Amma o da var ki,xa0 vəhhabilərdən heç də gödək saqqal saxlamayan yəhudiləri heç kim buna görə qınamır, incitmir...

“Bizxa0 azərbaycanlılar yəhudilərdən bir çox sahələrdə nümunə götürməliyik...”x9d

- Yəhudi şagirdlər özlərinə məxsus baş örtüklərində əyləşə bilir, amma biz hicablı qız və qadınları təhsil ocaqlarına, işə buraxmağa ehtiyat edirik...

- Bəli. Bəli... Maraqlıdır ki, dünyanın heç bir yerində ortodoksal yəhudilərdən mühafizəkar, konseravator dindar yoxdur. Amma onlara Avropa xalqı kimi yanaşır, saqqallı müsəlmanları isə tənqid və təhqir obyektinə çevirirlər. Bu da Qərbin İslam dünyasına ikili standartla yanaşmasına bir nümunədir... Lakin onu da vurğulayım ki, bu gün biz müsəlmanlar, o cümlədən azərbaycanlılar yəhudilərdən nümunə götürməliyik: problemləri, zorakılıqla, boş mübahisələrlə deyil, ağılla, elmlə həll etməkdə və təşkilatlanmaqda, bir olmaqda. Musa peyğəmbər əbəs yerə bu xalqı 40 il səhralarada gəzdirməyib. Allah-təala bu yolla onların ağlını sınaq üçün dərinləşdirib.xa0 Və danılmaz faktdır ki, dünyanın idarəçiliyində bu və ya digər formada əsas yeri yəhudilər tutur. Onlar hər yerdə və hər sahədədirlər. Bu gün ABŞ, demək olar ki, yəhudi dövlətidir...xa0 xa0

“Ermənilər mənə nifrət edirlər...”x9d

Ermənilər də müəyyən mənada yəhudilərə bənzəmyə çalışırlar. Ona görə də hər yerdə təşkilatlanırlar, lobbilər, diasporlar qururlar. Onlar hər sahədə də biznesdə də, siyasətdə də fəaldırlar. Ermənilər bu dəqiqə Azərbaycanın bütün mediasını təhlil edirlər. Hansı siaysətçinin nə düşündüyünü də gözəl bilirlər. Yeri gəlmişkən, ermənilərin məni görməyə gözləri yoxdur. Onlar mənə nifrət edirlər. Bu haqda açıq yazırlar da. Çünki bilirlər ki, mən ağılla yanaşıram məsələrə və gerçəkləri deyirəm. Eləcə də 1991-ci ildəki “Həlqə”x9d, Çaykənd əməliyyatarına görə məndən xoşları gəlmir...

“Moskvada bir erməni yaxınlaşıb dedi ki, biz sizə hörmətlə yanaşırıq...”x9d

- Heç Moskvada yaşayarkən ermənilərlər rastlaşırdınız?

- Bəli... Bir dəfə, təxminən 1993-cü ildəxa0 Moskvadakı həmyerlilərimizdən biri məni kafedə birlikdə nahara dəvət etdi. Biz əyləşib söhbət edərkən ofisiant yaxınlaşıb masamıza bir konyak qoydu. Onu göndərənə işarə ilə təşəkkür edib yanımıza dəvət etdim. Dedim, sizi tanımadım, axı. Qayıtdı ki, Ayaz Niyazoviç, biz sizinlə sovet dövründən tanışıq, mən Ermənistanın Moskvadakı nümayəndəliyinin rəhbəri idim. Mən şəxsən bir siyasətçi kimi, öz qabiliyyətlərini nümayiş etdirməklə təkrarolunmaz şəxsiyyət olduğunu sübut edən adam kimi sizə böyük hörmətlə yanaşıram. 1989-cu ildə sizin Siyasi Büroda çıxışınızı dinlədikdən sonra biz ermənilər Azərbaycanda kiminlə qarşı-qarşıya olacağımızı anladıq. Bunu erməni dedi mənə... Məhzxa0 ağlına, gücünə bələd olmaqları səbəbindən düşmənlərimiz bizim “demokrat”x9d adlanan müxalifətçiləri də qızışdıraraq Mütəllibovu gözdən salmağa çalışırdı ki, o hakimiyyətdə qalmasın. AXC liderləri hətta bunun üçün erməni hərəkatçılarla da əməkdaşlıq edirdilər. Ermənilərin bəziləri isə deyirdilər ki, Azərbaycanın demokratları çobandırlar, onlarla niyə iş qurursuz. Hərəkatçılar isə cavab verirdilər ki, xeyr, bizə nəhz belələri lazımdır ”“ onlar nə etdiklərini bilmirlər...xa0
Bilirsiz, ermənilərlə, ruslarla Moskvada, digər ölkələrdə Azərbaycanı xeyrinə işləmək lazım idi. Amma bunun əvəzinə biz enerjimizi daxili intriqalara sərf edib Moskvadakı yerimizi ermənilərə verdik... Biz Moskvada, Rusiyada ermənilərin təsir göstərdiyi miqyasda mövcud deyilik...


- Amma bizim zəifliyimizdə dinlərarası qarşıdurma da böyük rol oynayır, yəqin ki?..

- Bəli. Təəssüf ki, elədir... Əgər bu günxa0 siyasətdən uzaq hər hansı sadə bir amerikalı, yaxud avropalıdan soruşsan ki, bu nə məsələdir Azərbaycan-Ermənistan, Qarabağ... Bu iki ölkə arasındakı fərq nədir? O dərhal bircə bunu deyəcək ki, ermənilər xristaındır. Və təbii ki, o, bir xristian olaraq ermənilərin təəssübünü çəkəcək... Ancaq gerçəyi söyləyən xarici ziyalılar da olub və var. Məsələn, rus ədibi Veliçko özünün məşhur “Qafqaz”x9d əsərində yazır: ”x9dƏgər məndən soruşsanız, sən kimin tərəfində olarsan: alim, professor erməninin, yoxsa quldur azərbaycanlının. Mən cavab verərəm ki, o quldurun tərəfində duraram. Çünki onun qəlbində Allah var...xa0

Amma təəssüf ki, əksər xristian ölkələri, xüsusən Qərb, ABŞ, Avropa müsəlman, türk ölkələrini daim aşağılamaq, əzmək istəyir. Onlar yalnız öz maraqlarını güdürlər. Ona görə də Azərbaycana bu işlərdə ehtiyatlı olmaq lazımdır. Biz Qərblə oyun oynamaq gücündə deyilik, onlarla yol yoldaşı ola bilmərik. Onların rəsmiləri, tanınmış siyasətçiləri də bəzən onlardan haqq-ədalətlə yanaşma tələb edəndə dolayısıyla bizlərə deyirlər ki, axı siz kimsiniz. Mən 1992-ci ildə Azərbaycan prezidenti kimi məşhur, dünya şöhrətli Amerika diplomatı Henri Kissincerlə görüşdə də bunun şahidi oldum...

“Kissincer dedi ki, ABŞ-da Azərbaycan haqda informasiya kifayət qədər deyil...”x9d
- Nə baş verdi Kissincerlə görüşünüzdə?

- Ondan xahiş etdim ki, məni ayrıca qəbul etsin. Məqsədim Qarabağ probleminin həllində Azərbaycana dəstək verməsini xahiş etmək idi. O da razılaşdı. Lakin onun otağına daxil olanda məşhur “FİAT”x9d şirkətinin prezidenti Andrea Agnelli də yanında olduğunu gördüm. Kissincer soruşdu ki, cənab Agnelinin da iştirakına etiraz etmirsiz. Dedim ki, xeyr, əksinə, xoşdur bizim üçün. Və dərhal Qarabağ haqqında danışmağa başladım. Kissincer dedi ki, cənab prezident, təəssüf ki,xa0 ABŞ-da Azərbaycan haqda informasiya kifayət qədər deyil. Mən isə ABŞ diplomatına cavab verdim ki, Amerika elə böyük ölkədir ki, onun adi sakinlərinə Azərbaycanın harada yerləşməsi o qədər də maraqlı deyil. Amerika vətəndaşı siyasi məsələlərdən uzaqdır.xa0 Sadə amerikalılar hətta ABŞ-ın bir çox rəhbərlərini də tanınımırlar. Amma axı mən sizinlə - dünya siyasətində aparıcı yerlərdən birini tutan cənab Kissincerlə danışıram. Bu gün Qarabağ ətrafında elə proseslər gedir ki, onlara göz yumub üzərindən keçmək olmaz. Və biz sizdən xahiş edirik ki, bu problemlə ciddi məşğul olun. Çünki siz ən güclü dünya dövlətlərindən birinin nümayəndəsisiniz...

- Kissincer nə cavab verdi?

- Heç nə, dedi ki, söz verirəm, bu məsələ ilə məşğul olarıq...

- Ayaz müəllim, bayaq İslam haqqında söhbətimiz yarımçıq qaldı. Konkret olaraq sizin rəhbər olduğunuz dövrdə Azərbaycanda dinə münasibət necə idi? Qafqaz Müsəlmanları İdarəsi ilə münasibətlər necə qurulurdu? Aşura, Məhərrəmlik mərasimlərinə basqı-filan yox idi ki?xa0

(Davamı var)

Ayaz Mütəllibov 1990-cı ilin yazında Azərbaycanınxa0 Şeyxülislamı ziyarət edən ilk rəhbəri kimi Allahşükür Paşazadə ilə nələrdən danışdı?

MKİ agentləri Mütəllibova hansı dezinformasiyanı çatdırmaqla İranla Azərbaycan arasında münasibələri gərginləşdirmək istəyirdilər?

Azərbaycanın ilk prezidenti Kremlin istədiyi nəyi etmədi ki, Rusiya rəhbərliyi onun devrilməsinə şərait yaratdı?

Moderator.az-ı izləyin!

Sultan Laçınxa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu restoranda nöqsanlar aşkarlandı - FOTO

Bu restoranda nöqsanlar aşkarlandı - FOTO

Bu il Azərbaycana gətirilən vaksinlərin əsas hissəsi Hindistandan alınıb

Bu il Azərbaycana gətirilən vaksinlərin əsas hissəsi Hindistandan alınıb

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib - FOTO

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib - FOTO

Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi - FOTO

Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi - FOTO

Nəsimi rayonunun icra başçısı vəzifəsindən AZAD EDİLDİ

Nəsimi rayonunun icra başçısı vəzifəsindən AZAD EDİLDİ

Bakıda sələmçi 23 bıçaq zərbəsi ilə öldürülüb

Bakıda sələmçi 23 bıçaq zərbəsi ilə öldürülüb

Allergiyası olanlar “Yolka”dan uzaq dursunlar – Həkimdən təhlükəsi barədə XƏBƏRDARLIQ

Allergiyası olanlar “Yolka”dan uzaq dursunlar – Həkimdən təhlükəsi barədə XƏBƏRDARLIQ

Mədəniyyət Nazirliyi 2025-ci ilin HESABATINI verdi

Mədəniyyət Nazirliyi 2025-ci ilin HESABATINI verdi

Hesablama Palatası bu qurumda YOXLAMA aparır

Hesablama Palatası bu qurumda YOXLAMA aparır

Qusarda Milli Qəhrəman Çingiz Qurbanov anıldı - FOTOLAR

Qusarda Milli Qəhrəman Çingiz Qurbanov anıldı - FOTOLAR

İlham Əliyev ailəsi ilə “Bakı Ağ Şəhər”də - YENİLƏNİB/FOTO

İlham Əliyev ailəsi ilə “Bakı Ağ Şəhər”də - YENİLƏNİB/FOTO

Şəhidin adını daşıyan küçədə BİABIRÇI mənzərə - Küçələr sel altında – VİDEO

Şəhidin adını daşıyan küçədə BİABIRÇI mənzərə - Küçələr sel altında – VİDEO

Azərbaycanla Ruanda arasında hava əlaqəsi haqqında Saziş təsdiqləndi

Azərbaycanla Ruanda arasında hava əlaqəsi haqqında Saziş təsdiqləndi

Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bölgələrdə külək güclənəcək

Azərbaycanlı idmançı yarışlardan iki il müddətinə kənarlaşdırıldı

Azərbaycanlı idmançı yarışlardan iki il müddətinə kənarlaşdırıldı

Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində QALMAQAL - VİDEO

Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində QALMAQAL - VİDEO

Bakıda kanalizasiya quyusuna yıxılan şəxs belə çıxarıldı - VİDEO

Bakıda kanalizasiya quyusuna yıxılan şəxs belə çıxarıldı - VİDEO

Qurban Qurbanovun oğlunun toyunda nazir də iştirak edibmiş – FOTOLAR

Qurban Qurbanovun oğlunun toyunda nazir də iştirak edibmiş – FOTOLAR

“Bahar” serialının yayımı DAYANDIRILDI – Səbəb?

“Bahar” serialının yayımı DAYANDIRILDI – Səbəb?

Elm və təhsil nazirinə yeni müşavir təyin olunub

Elm və təhsil nazirinə yeni müşavir təyin olunub

Gender bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib

Gender bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib

Azərbaycanda COVID–19-la mübarizə xərcləri 15 %-ə yaxın azaldılıb

Azərbaycanda COVID–19-la mübarizə xərcləri 15 %-ə yaxın azaldılıb

Süni intellektlər arasında RƏQABƏT

Süni intellektlər arasında RƏQABƏT

İlham Əliyev Türkiyə ilə təhsil sahəsində əməkdaşlıqla bağlı sənədi TƏSDİQLƏDİ

İlham Əliyev Türkiyə ilə təhsil sahəsində əməkdaşlıqla bağlı sənədi TƏSDİQLƏDİ

End of content

No more pages to load

RADİO